Paylaş
Facebook Twitter Google+

İslam maarifinə əsasən Cəhənnəmə daxil olmağın əsas səbəbi!

Ramal Əmiraslanov

2020-01-22 11:45:59 848 Üsuliddin Məad

Cəhənnəmə daxil olmağın ən əsas səbəbi – şeytanın (lən) ardıcılı olmaqdır. Ancaq bu davamçılıq məcburi deyildir. Muxlis insan özünü şeytanın (lən) hər cür vəsvəsəsindən qoruyar.

 

Qurani-Kərim bu haqda buyurur: “Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa!”. (“Hicr” 42).

 

Əgər insan Allahın razı olmadığı əməlləri yerinə yetirərsə, şeytanın ardıcılı hesab olunar. Belə bir əməlin həqiqəti atəşdir. Çünki şeytanın özü də atəşdir və atəşdən xəlq olmuşdur. İnsan bu dünyada yerinə yetirdiyi hər bir günaha görə axirətdə üzləşəcəkdir. Günahın cəzası atəş olduğu üçün insan, əməllərinin atəşi mühasirəsində qərar tutar və bu atəşdən qaça bilməz.

 

Cəhənnəm əhli olmağın 4 amili ilə tanış olaq.

Qurani-Kərimdə belə bir ayə vardır ki, buyurulur: “Onlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı»”. (“Hədid” 14).

 

Bu ayədə behiştdə və cəhənnəm olan tanışların bir-biri ilə söhbətindən bəhs olunmuşdur. Cəhənnəmdə olan behiştdə olana deyir ki, biz ki, dünyada qardaş idik, bəs niyə mən buradayam, sən ordasan?

Həmin şəxs cavab verir ki, bəli, dünyada tanış idik və ancaq sən dünyada olan zaman 4 səhvə yol vermisən ki, səni cəhənnəmlik etmişdir.

Onlar bu amillərdir:

1. İlahi imtahandan keçməmisən və özünü həlak etmisən.

2. Möminlərə həsəd aparmış və onlara əziyyət etmisən.

3. Allahın dinində şəkk etmisən.

4. Uzun arzular səni qürurlandırmışdır. (Həvzəh)

Bəli, bu səbəbdəndir ki, bəzən bir ailədə biri behişt əhli olur, o birisi isə cəhənnəm. Bu dörd amildən çəkinmək – hər bir behişt əhli olmaq istəyənin həyatdakı əsil hədəfi olmalıdır.-Deyerler.

 

Bənzər Olanlar