Paylaş
Facebook Twitter Google+

İmam Səccad (ə) oğlu Muhəmməd ibn Əlini (ə) beş dəstə insanlarla dostluq etməkdən çəkindirmişdir!`

Ramal Əmiraslanov

2020-05-24 16:50:52 1773 Əxlaq

İmam Saqiq (ə) atasından nəql edir ki, İmam Baqir (ə) buyurdu: “Atam Əli ibn Hüseyn (ə) mənə belə buyurdu:
-Oğlum! Beş dəstə insanlara diqqət et, onlara yaxınlaşma və dost olma!
Ərz etdim: Atacan! Onlar kimlərdirlər?! Buyurdu:

1-Yalançılarla dostluq etmə, axar suya bənzəyər ki, uzağı yaxın, yaxını isə səndən uzaqlaşdırar! (Həqiqətləri olduğu kimi göstərməz)

2-Fasiq və pis işlər görmək adəti olandan kənar gəz, çün səni bir tikəyə və ya ondan azına satar!

3-Xəsis insandan ehtiyatlı ol! Çünki sənə ehtiyacın olduğu zaman imkanları ilə kömək verməkdən çəkinərək səni çarəsiz qoyar!

4-Ağılsızlarla dostluq etməkdən uzaqlaş, çünki sənə kömək etmək istədikdə sənə ziyan verər!

5-Olmaya ki, qohumla əlaqəsini kəsmiş insanla dostluq edəsən ki, Qurani Kərimin üç ayəsində qohumlarla əlaqəsini kəsmiş şəxs lənətlənmişdir!

Əgər (haqdan)üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz.

Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və gözlərini kor etdiyi kimsələrdir.

Muhəmməd surəsi, 22-23 ayə.

Və eləcə də Allah-Taala (c.c) Bəqərə surəsinin 27-ci ayəsində buyurur:
“O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!”
Mənbə: Gəncineyi Maarif kitabı, cild-1, səh: 486. sualcavab.ge

Kiminlə dostluq edək » Ahlibeyt.ge

 

 

 

 

Bənzər Olanlar