Paylaş
Facebook Twitter Google+

Peyğəmbər (s) və Əhli-behtin (ə) hədislərinə əsasən övladın qiyamət günü üçün faydaları

Ramal Əmiraslanov

2020-05-06 14:20:03 2099 Üsuliddin Məad

1. Allahın Peyğəmbərini (s) şad edər. Çünki müsəlman övladlarının sayının çoxluğuna görə Həzrət (s) başqa ümmətlərə fəxr edəcəkdir. Bu da Həzrəti (s) sevindirəcəkdir. Əziz Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Hər kim məni sevindirər – Allahı sevindirmiş olar”.

 

2. Günahların bağışlanması. O zaman ki, valideyn layiqli övladlar tərbiyə edər, başqa insanlar həmişə onun valideyninə yaxşı dualar edərlər və deyərlər ki, Allah atası ilə anasına rəhmət eləsin. Bu dualar insana həm qəbirdə, həm də Qiyamət günü yardım edər.

 

3. Əməl dəftəri açıq qalar. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Adəm övladı ölsə, əməl dəftəri bağlanar, məgər üç haldan başqa: saleh övlad ki, onun üçün dua edər. O elm ki, başqaları ondan fayda apararlar. Cariyə sədəqəsi”.

 

4. Valideynin şəfaəti. O zaman ki, bəndələr Qiyamətə daxil olar, Allah Təala Cəbrayil Əminə (ə) əmr edər ki, möminlərin övladlarını behiştə daxil etsin. Onlar behiştin qapısında dayanar və daxil olmaq istəməzlər. Gözətçilərdən atası və anası barəsində soruşarlar. Onlar da cavab verərlər: “Sizin ata və ananız günahkardırlar və onların əməllərinin hesabı çəkilir”.

Bu zaman uşaqlar fəryad çəkib ağlayarlar.

 

Allah Təbarəkə və Təala bu ağlamağın səbəbini Cəbrayildən (ə) soruşar. O, deyər: “Allahım, Sən daha agahsan. Bu, möminlərin uşaqlarının səsidir ki, ata və anaları olmadan behiştə daxil olmaq istəmirlər”.

Allah Təala Cəbrayilə (ə) əmr edər ki, insanların arasından onların valideynlərinin əllərindən tutub, behiştə daxil etsin.
Beləliklə deyə bilərik ki, övlad – Allahın insana əta etdiyi ən şirin və ən dəyərli hədiyyələrdəndir ki, onun həm dünya və həm də axirət ehtiyaclarını təmin etməsinə yardım edər.Hazırladı: Məşhədi Xanım,

İSLAMDA ÖVLAD TƏRBİYƏSİ HAQDA BİR NEÇƏ NÖQTƏ - 24 August 2011 ...

Bənzər Olanlar