Paylaş
Facebook Twitter Google+

Qiyamət günü Allah-Taalaya (c.c) yaxın olaraq razılığı qazanan insan!

Ramal Əmiraslanov

2020-04-19 05:05:08 2021 Üsuliddin Məad

İmam Baqir (ə) buyurur: “Sizlərdən hər biriniz necə ki, özünüzün xeyirxahısınız – başqa qardaşlarınızın da xeyirini istəməlisiniz”.

İmam Sadiq (ə) buyurur: “Möminlərə vacibdir ki, davamlı olaraq bir-birlərinin xeyirxahı və nəsihət verəni olsunlar”.

Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, eybini sənə göstərər – şübhəsiz ki, onun sənə ürəyi yanır və sənin xeyirini istəyir”.

İmam Əli (ə) buyurur: “İnsan üçün heç bir mehriban dost, xeyirxah dost kimi deyildir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: “Mənim bəndəmin Mənə ibadət etdiyi ən yaxşı şey – Mənim üçün xeyirxahlıqdır".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Həqiqətən, Qiyamət günü Allah yanında ən ali məqama malik olan insan o kəsdir ki, hamıdan daha çox insanların xeyirxahlığı üçün səy etmiş olsun”.

İmam Sadiq (ə) buyurur: “Sizə lazımdır ki, Allah (rizası üçün) Allah xəlqinin xeyirxahı olasınız. Çünki heç bir zaman xeyirxahlıq kimi fəzilətli başqa əməllə Allahla görüşməyəcəksiniz”.

İmam Əli (ə) buyurur: “Qardaşına xaliscəsinə nəsihət və xeyirxahlıq et. İstər (sənin nəsihətin onun nəzərində) yaxşı olsun, istərsə də pis”. (Beytutə)

İmam Sadiq (ə) buyurur: “Möminə vacibdir ki, başqa möminin xeyirxahı olsun. İstər onun başının arxasında olsun, istərsə də o, olan zaman”.

İmam Hüseyn (ə) buyurur: “Ey Allah bəndələri! Özünüzü dünya ilə məşğul etməyin ki, həqiqətən, qəbir tək evdir ki, saleh əməl orada faydalı və nicat verəndir. Ona görə də ehtiyatlı olun ki, qəflət etməyəsiniz”./Deyerler.

 

 

 

 

Bənzər Olanlar