Paylaş
Facebook Twitter Google+

Hz Salman (r) ömürl boyu oruc, gecələri ibadət və hər gün Quran oxumağ savabını qazanardı!

Ramal Əmiraslanov

2020-05-21 13:21:43 1880 Məqalələr

Bir gün əsr vaxtı Hz Peyğəmbər (s) səhabələri ilə əyləşmişdi. İslam Peyğəmbəri (s) onlara üzünü tutaraq, üç sual soruşdu:
1-Sizlərin içində kimlərdir ki, ömrü boyu oruc tutmuş şəxsin savabını qazansın?!
2-Sizlərdən kimdir ki, gecələri sübhə kimi ibadət etmiş savabına çatsın?!
3-Sizlərdən kimdir ki, həmişə Quran oxuyaraq şəxsin savabını əldə etsin?!

Salman Farsi (r) Dedi: Mən Ya Rəsuləllah! Peyğəmbərin (s) hüzurunda olanlardan birini narahat olaraq əsəbləşdi və dedi:
“Ya Rəsulallah! Səlman bir iranlıdır və biz Qüreyşə üstünlük və iftixar etmək üçün belə iddia edir!


-Siz birinci sualı buyurdunuz! Salman dedi: Mən! Bir halda ki, mən onun çox günlərdə yemək yediyini görmüşəm!
-Siz ikinci sualı buyurdunuz! Salam dedi: Mən! Bir halda ki, o geclərin çoxunu yatdığını görmüşəm!


-Üçüncü sualı buyurdunuz: Yenə də Salman dedi: Mən! Bir halda ki, o günün çox zamanlarında sakit və danışmaqdan çəkinməkdədir və Quran oxumur!

Hz Peyğəmbər (s) etirazçı şəxsə buyurdu: “Sakit dur! Salmanın (r) qarşısında. O hikmətli Loğman (ə) kimidir! Necə olur onun haqqında belə düşünürsən?! Onun özündən soruş, sənin cavabını versin.”

O Salmana dedi: “Mən sənin çox zaman yemək yediyini, gecələri çox zaman yatdığını və günlərin çox vaxtlarında isə sakit olduğunu görmüşəm!! Necə deyirsən ki, ilin bütün günlərini oruc tutur, gecələri ibadət edər və Quranın bütününü gün ərzində oxuyursan?!!

 

Səlman Farisinin Peyğəmbərin suallarına və səhabələrin etirazlarına hikmətli izahat və cavabları:
1-Səlam Farsi etirazçı şəxsin cavabında buyurdu: “Sənin güman etdiyin kimi deyil. Mən hər ayın üç gününü oruc tuturam və Qurani Kərim buyurur: “Hər kim yaxşı iş görmüşsə, onun əvəzi olaraq on bərabərini verərik.” Buna əsasən üç gün, hər ayda oruc tutmaq, bütün bir ayda oruc tutmağa bərabərdir.
2-Mən Həbibim Allahın Rəsulundan (s) eşitmişəm ki buyurdu: “Hər kim gecəni dəstəmaz ilə yatarsa, o, gecələri səhərə kimi ibadət edən şəxsin savabını alana bənzəyər ki, sübhə kimi ibadət etmişdir. Mən hər gün gecə yatarkən dəstəmaz alıram. .

3-Eləcə də Hz Peyğəmbər (s) Əli ibn Əbu Talibə (ə) buyurdu: Ey Əbul-Həsən (ə) sənin varlığın ümmətim arasında Tövhid surəsinə bənzəyər! Əgər bir şəxs onu bir dəfə oxuyarsa elə bir Quranın üçdə birini oxumaq savabına çatmışdır və əgər tövhid surəsini üç dəfə oxuyarsa Quranın hamısını oxumuş şəxsə bənzəyər.
O zaman Hz Peyğəmbər (s) Hz Əliyə (ə) buyurdu: Sənin varlığın tövhidin məsələdir buna görə ki, Əgər bir şəxs səni dili ilə sevərsə imanın üçdə-birinə çatmışdır! Əgər dildə sevməkdən əlavə qəlbi ilə də sevərsə imanın üçdə-ikisinə çatmışdır! Və əgər əməldə də səni sevdiyini görsədərsə, kamil imanı vardır.

Məni haqq peyğəmbərliyə seçən Allaha and olsun. Ey Əli! Əgər yer əhli göy əhli qədər səni sevsəydilər, Allah-Taala (c.c) heç bir kəsi cəhənnəm atəşində yandırmazdı.
O zaman Səlam Farsi (r) dedi: “Mən hər gün üç dəfə tövhid surəsini oxuyuram, nəticədə mənim əməlim bərabərdir bütün Quranı oxumağa!” Səlman Farsinin (r) izahat və açıqlamaları , etirazçı kişini o qədər təəccübləndirdi ki, daş udmuş şəxs kimi səssiz qaldı, durdu və getdi.

Gəncineyi maarif kitabı. cild-1, səh: 527-528\sualcavab.ge

 

 

 

 

Bənzər Olanlar