Paylaş
Facebook Twitter Google+

AXTARIRAM

Elvir Həsənov

2014-12-04 06:23:41 2815 Ədəbiyyat

Həyat kitab misalidir aç onu aç vərəqlə,
Görərsən ki, nə qədər yaşayan var günah ilə,
Aza qane olmayanı cahan boyda tamah ilə ,
Dünyadan necə qedəcək bilməyi axtarıram.

İnsan oğlu haqq önündə səhv eyləmək xətadır,
Günahların toplanaraq vicdanını sustur,
Yaradan qarşısında tek nicat yolun budur,
Yalnış yoldan əl çəkən tövbəni axtarıram.

Haqqı bılmək istəməyən inkar edəcək əlbət,
Kamilliyə ucalmağın tək yoludur ibadət,
Zikr ilə təvəkkülə əməl edib nəhayət,
Bütün nəfsləri yenən pilləni axtarıram.

Zülm işlərə qardaş alqış çalan əllər var,
Qulağımız səsdədir, gönlümüzdə intizar,
O gün ki, ədalətlə yetişəcək Zülfüqar,
Bəşər nə məqamə çatar görməyi axtarıram.

Çox peyğəmbər eylədi möcüzəyi aşikar,
Məgər görmədilərmi tayfa tayfa insanlar?
Əfsus yenə oturub möcüzə gözləyən var,
Haqqın tək varlığını sevməyi axtarıram.

Məntiqə sığırmı heç bihudə həyat, ölüm?
İnsanoğlu düşünməyə qadirsən yaxşı düşün!
Bu həyat imtahandır sorğusu var hər işin,
Bəs hələ qəfləttəsən sən nəyi axtarırsan? 

ZÜLFÜQAR AXUNDOV

Bənzər Olanlar