Paylaş
Facebook Twitter Google+

Qiyamət günü \"şəfaət” məsələsi kimlər tərəfindən hansı şəxslərə olunacaq?!

Biz inanırıq ki, Qiyamət günü peyğəmbərlər, məsum imamlarımız və Allahın dostları (yaxşı bəndələri) Allahın izni ilə bəzi günahkar insanlara şəfaət edəcək. Onları bağışladacaqlar. Amma unutmayın ki, Allah bu icazəni öz mənəvi əlaqələrini Allah-təala və onun dostları ilə kəsməyən layiqli insanlara bəxş edəcəkdir. Deməli şəfaət məsələsi, heç də, hesab-kitabsız deyildir.

Şəfaət də, bir növ insanların niyyətlərinə və əməllərinə bağlıdır. Ənbiya surəsində oxuyuruq: "Onlar Allahın razı olmadığı şəxslərdən başqasına şəfaət etməzlər!” (28-ci ayə) Nübuvvət bəhsində söylədik ki, şəfaət məsələsi, bir növ insanları tərbiyə etmək yoludur. Və Allah və onun layiqli bəndələri, dostlarından rabitəni kəsməmək və günahdan uzaqlaşmaq üçün bir vəsilədir. Yəni nəticədə günahkar insan, Allaha ümidvar olaraq, bir daha günah etmir və sonrakı ömür yolunu paklıqla başa vurur. Şübhəsiz, İslam Peyğəmbəri (s) Həzrət Məhəmməd (s.ə) "Əzəmətli şəfaət” məqamına malikdir. Ondan sonra isə digər peyğəmbərlər, məsum imamlar (ə) və hətta alimlər, şəhidlər, arif möminlər... insana şəfaətçi olacaqlar. Qurani-kərim və saleh əməllər də, insana şəfaət edəcəkdir.

İmam Sadiq (ə) buyurur: "Bütün insanlar Qiyamət günü Məhəmməd Peyğəmbər (s.ə)-in şəfaətinə ehtiyaclıdırlar!” (Bihar; c. 8, s. 42) "Kənzul-ummal” kitabında Peyğəmbər (s.ə)-dən nəql edilən bir hədisdə buyurulur: "Qiyamət günü beş şəfaətçi vardır: Quran, sileyi-rəhim (qohumlarla əlaqəni kəsməmək), əmanətdar olmaq, sizin Peyğəmbəriniz (s) və onun pak Əhli-beyti (ə)!” (Kənzul-ummal hədis 39041, c. 14, s. 390)
İmam Sadiq (ə) özünün digər hədisində buyurur: "Qiyamət günü "alim” və "abid” (ömrünü yalnız ibadətlə keçirən şəxs) birlikdə Allahın "hüzurunda” olar. Abidə deyilər: "Cənnədə gir!” Alimə isə deyilər: "Dayan! Və xalqa (onlara verdiyin gözəl tərbiyəyə görə) şəfaətçi ol!” (Bihar, c. 8, səh. 56, hədis 66) Bu hədis şəfaətin fəlsəfəsinə gözəlincə şəkildə işarə edir. Kitabın adı: Bizim dini əqidəmiz -- Müəllif: Ayətullah Məkarim Şirazi\\ehliwie-samux

 

Bənzər Olanlar