Paylaş
Facebook Twitter Google+

İnsanda neçə sifət cəm olsa, kifayətdir? Loqman (ə)-ın cavabı

Ramal Əmiraslanov

2018-10-18 08:03:51 1357 Əxlaq

Loğman Həkimin oğlu ondan soruşur: “Atacan! İnsanda hansı xüsusiyyət daha üstündür?”.

Loğman deyir: “Din”.
Oğlu deyir: “Əgər iki dənə olsa, necə?”.
Deyir: “Din və mal”.

Soruşur: “Əgər üç dənə olsa, necə?”.
Deyir: “Din, mal, həya”.

Soruşur: “Əgər dörd dənə olsa, necə?”.
Deyir: “Din, mal, həya və gözəl xasiyyət”.

Soruşur: “Əgər beş dənə olsa, necə?”.
Deyir: “Din, mal, həya, gözəl xasiyyət, səxavət”.

Soruşur: “Əgər altı dənə olsa, necə?”.
Deyir: “Oğlum! Nə zaman insanda bu beş sifət cəm olar, o, pakizə, təqvalı, Allahın dostu olar və şeytandan pak olar”. 

Allah Təala bizlərə bu xüsusiyyətlərə yiyələnmək tofiqatı qismət etsin./Deyerler.

Bənzər Olanlar