Paylaş
Facebook Twitter Google+

İnsanı peşman olmağa qoymayan 3 sifət

Ramal Əmiraslanov

2019-06-11 10:46:09 1402 Əxlaq

İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz:

1. Tələsməkdən çəkinmək.

2. İşlərdə məsləhət etmək.

3. Bir işin qərarını verən zaman Allaha təvəkkül etmək”. (Beytutə)

 

Mübarək dinimiz bizə ən yaxşı və ən pis insanları tanıdır.

İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər:

1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur.

2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.

3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar – ən pis insanlardırlar.

4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər – onlar ən yaxşı insanlardırlar”.

 

Bəs Qiyamət günü Allahın nəzərində olan kəslər kimlərdir?

İmam Sadiq (ə) buyurur: “Qiyamət günü 4 nəfər Allahın nəzərində olar:

1. O kəs ki, satışdan peşman olan tərəfin, malını qaytarar. (Yəni, satın aldığı maldan peşman olan alıcının malını satıcı geri alar).

2. O kəs ki, qəmi qəlbdən aparar.

3. O kəs ki, qul azad edər.

4. O kəs ki, subayı evləndirər”./Deyerler.

Bənzər Olanlar