Paylaş
Facebook Twitter Google+

İnsanlıq üçün Əxlaq niyə zəruridir?

Ramal Əmiraslanov

2018-03-13 15:15:31 1904 Əxlaq

Hər bir unsanın 2 tərəfi var:
1. Gizli tərəfi - ona batin, ruh, can deyərlər.

2. Zahiri tərəfi - cisim, bədən, cəsəd deyərlər.

 

Bu iki hissəsinin hər birinin özünəməxsus ləzzətləri və dərd-sərləri vardır. Hər birini müalicə etmək üçün həmin hissənin özünəməxsus elminə müraciət etmək lazımdır. Cismin xəstəliklərini şərh edən elm - tibb elmidir.

Ruhun dərd və əziyyəti isə əxlaq rəzilətləridir ki, yaxşılaşan zaman əxlaq fəzilətlərinə çevrilər. Səadət və kamala səbəb olar. İnsanı İlahi qürbə yaxınlaşdırar. Bu əxlaqı rəzilətləri aradan qaldırmaq üçün yol göstərən elm - əxlaq elmidir.

Əxlaq fəzilətləri sayəsində insan nicat tapar. İnsanı cavidan səadətə çatdırar. Əxlaq rəzillikləri isə insanı həmişə bədbəxt edər. Ona görə də nəfsi bu rəzil sifətlərdən pak etmək və onu fəzilətlərə bəzəmək - ən mühüm vacibatlardandır. O, olmadan həqiqi həyata çatmaq qeyri-mümkündür.

Ona görə də hər bir aqil insan əxlaq fəzilətləri üçün çalışmalıdır. Rəzilliklərdən isə uzaq olmalıdır. Əgər bu sahədə səhlənkarlıq etsələr, əbədi həlakətə çatarlar.

İnsan əxlaq rəzilliklərindən pak olmayınca, fəzilətərlə bəzənə bilməz. Nəfsi müqəddəs feyzlərə çata bilməz. Yəni insanın çirkin siması aradan getməzsə, gözəl simaya bəzənə bilməz. Eləcə də əgər insan nəfsi təkəbbürdən, həsəddən, riyadan, şöhrətdən, yaxınlarına pislik etməkdən pak olmazsa zahiri ibadət və itaətin mənası olmaz. Batini pak olmayan bir insanın zahiri nə qədər ibadətlə bəzənsə də, faydası olmaz. Nalayiq rəftarlar insan qəlbini günah tarlasına çevirər. Hər kim qəlbini rəzil sifətlərdən pak etməzsə, kamala çatmaz./Deyerler.

Bənzər Olanlar