Paylaş
Facebook Twitter Google+

Həsəd aparan insanla necə rəftar etməliyik? İslamın baxışı

Ramal Əmiraslanov

2019-09-29 06:50:30 2300 Əxlaq

İslam dini həsəd aparan insanlarla necə rəftar etməyimizi bizə tövsiyələr və nəsihətlər şəklində öyrətmişdir ki, onlarla tanış olaq.

 

1. Həsəd aparan insanla yola getmək lazımdır. İmam Sadiq (ə) buyurur: “İnsan üç şeydən qaça bilməz: ürəyi yanan insanlarla məsləhət etməkdən, həsəd aparan insanla yola getməkdən, insanlarla dostluq etməkdən”.

Yola getmək deyildikdə, həmin insana qarşı mülayim olmaq və mehribanlıq nəzərdə tutulur. Hədislərimiz bizi ətrafımızda olanlarlamehriban olmağa dəvət edir və belə rəftarın dünya və axirət faydalarından xəbər verir.

 

2. Həsəd aparan insanın gözünün önündən nemətləri yığışdırmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hacətlərinizin həyata keçməsi üçün gizlilikdən yardım alın. Çünki hər nemət sahibi həsəd oluna bilər”.

 

3. Allaha pənah aparın. Quran bizə öyrədir ki, hər bir həsəd aparanın şərindən Ona pənah aparaq. “Və paxıllıq etdiyi zaman paxılın şərindən”. (“Fələq” 5).

 

4. İstiğfar etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Allaha itaəti insanların qəzəbindən üstün tutar, Allah Təala hər düşmənin düşmənçiliyindən və hər həsəd aparanın həsədindən ona kifayət edər”.

 

5. Paxıl insana yaxşılıq etmək. Bizə pislik edən bir insana yaxşılıq etmək – onun əxlaqını islah edə bilər. Şər və ziyanını azalda bilər. İmam Əli (ə) buyurur: “Həsəd aparanlarınıza, onlara ehsan edərək əziyyət verin”.

 

6. Öz şəxsi fəzilətlərinizi artırmağa çalışın. İmam Əli (ə) buyurur: “Əgər yoldaşlarından biri sənin aşkar fəzilətlərinə həsəd apararsa və sənə əziyyət vermək üçün səy edərsə – sən ehtiyatlı ol ki, rəftarın o paxılın rəftarı kimi olmasın ki, əlinə bəhanə verməyəsən ki, sənə etdiyi pisliklərdə haqlı olmuşdur. Əksinə, çalış öz fəzilətlərini artırasan”. (Tebyan)

 

7. Dua və sədəqə. İnsan dua edərək və sədəqə verərək, hər bir şər insanın şərindən və ziyanından nicat tapa bilər, eləcə də paxılın. “Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. (“Təlaq” 3)./Deyerler.

Bənzər Olanlar