Paylaş
Facebook Twitter Google+

Həzrət Musaya (ə) edilmiş dörd vəsiyyət hansı məsələlər haqda idi?!

Ramal Əmiraslanov

2019-03-11 07:22:53 899 Əxlaq

Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
1. O zamana qədər ki, Allahın səni bağışladığını bilmirsənsə, insanların eybi ilə işin olmasın. Özünün bağışlanmağın üçün vasitə fikirləş.


2. O zamana qədər ki, xəzinələrimdə olan sərvətin bitdiyini bilmirsənsə, ruzi üçün qüssə yemə. Sənə yazılan sənə çatacaqdır.

3. O zamana qədər ki, Mənim hakimiyyətimin sona çatdığını bilmirsən, heç kimə ümid etmə.

4. Təhlükəli düşmən olan şeytanın ölüm xəbəri sənə çatmayıbsa, onun hiyləsindən amanda olma.

Həzrətə vəhy gəlir: “Məni sev, insanları da Mənim məhəbbətimlə bəzə". Musa cavab verir: "Sən bilirsən ki, Səni hamıdan çox sevirəm. Ancaq bəndələrini

məhəbbətə necə dəvət edim?". Vəhy gəlir: "Onlara verdiyim nemətləri yadlarına sal ki, nemətlərin qədrini bilsinlər. Bu yolla Mənə əlaqə göstərərlər”/Deyerler

Bənzər Olanlar