Paylaş
Facebook Twitter Google+

Həyanın 3 əsası. Həyanın təqvadan fərqi nədədir?!

Ramal Əmiraslanov

2020-02-16 08:38:57 1066 Əxlaq

“Həya” sözünün lüğətdəki mənası “utancaqlıqdır” ki, əks mənası “utanmazlıqdır”. Əxlaq alimlərinin nəzərinə görə, həya elə daxili sifətdir ki, insanı bəyənilməyən əməllərdən çəkindirir.  Həyanın mənşəyində qorxu və başqalarının məzəmməti durur. O zaman ki, insan, Uca Allahı öz əməllərinə nazir, nəzarət edən hesab edər – özünə layiq olmayan əməlləri yerinə yetirməkdən çəkinər. Ona görə də həyanın üç əsası vardır:

- fail (əməl edən);
- feil (əməl);
- nazir (nəzarət edən).

Həyada fail o şəxsdir ki, nəfsani kəramətə və alicənablığa malik olar. Həyaya nazir o şəxsdir ki, o, failin nəzərində ən uca və ən böyükdür. Həyanı həyata keçməsinə səbəb olan feil isə bəyənilməyən əməllərdir. İnsan bu əməllər qarşısında həya göstərər.

Əgər həyanı qorxu və təqva ilə müqayisə etmək istəsək, gərək deyək ki, həyaya səbəb olan əsil amil – nazir olan Allahı dərk etmək və ona ehtiram göstərməkdir. Ancaq qorxu və təqvada əsil amil – Allahın qüdrətini dərk etmək və cəzasından qorxmaqdır.
 

Həzrət Peyğəmbər (s) buyurur: “Həyadan uzaq olmaq heç bir şeylə birlikdə olmaz, məgər o halda ki, onu çirkin edər. Həya heç bir şeylə birlikdə olmaz, məgər o halda ki, onu bəzəyər”.
 
İmam Əli (ə) buyurur: “Hər kim ki, xəcalət libasını seçər – heç kəs onun eybini görməz”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Həya – nəcibliyin nişanəsidir”.


İmam Sadiq (ə) buyurur: “Məkarim əxlaqda bir şey başqasından asılıdır. Allah onu hər kimə istəsə, verər. Mümkündür ki, kişidə olsun, övladında olmasın. Qulda olsun, sahibində olmasın.

(Onlar ibarətdirlər): doğru danışmaq, insanlarla sadiq olmaq, yoxsula bəxşiş etmək, yaxşılıqların əvəzini vermək, əmanətdarlıq, sileyi-rəhm, qonşu və dost ilə dostluq və mehribanlıq, qonaqpərvərlik. Və bunların hamısının başında isə həya durur”.

İmam Əli (ə) buyurur: “Həya, hər bir gözəlliyə çatmağın vasitəsidir”. (Həvzəh)
İmam Sadiq (ə) buyurur: “Hər kimin həyası olmaz – onun imanı olmaz”./Deyerler.

Bənzər Olanlar