Paylaş
Facebook Twitter Google+

Ayətullah Cəfər Sübhaninin tövsiyəsi: Sadə yaşayın ki, ruhunuz aram olsun!

Ramal Əmiraslanov

2018-03-14 12:27:28 3395 Əxlaq
Dəbdəbəli, lyuks həyat tərzi insanın ruhunda böhran yaradır!
 
Ayətullah Sübhani dövlət məsulları və ruhanilərə xəbərdarlıq etdi

Qum Elm Hövzəsinin informasiya şəbəkəsi Ayətullah Sübhaninin dərsi-xaric sinfində dövlət məsulları və ruhanilərə ünvanladığı tövsiyələrdən yazıb. Tanınmış təqlid mərcəsi buyurub:
Dövlət məsullarının həyat səviyyəsi cəmiyyətin ən yoxsul təbəqəsinin həyat səviyyəsinə uyğun olmalıdır. Ruhani tələbələr də öz həyatlarında qənaət və sadə yaşayışı əsas götürməlidir.
 
Əgər bis insanlar Allah-Taalanın bizim üçün təyin etdiyi ruziyə qane olsaq, həm Allahı razı salarıq, həm ruhumuz, qəlbimiz asayişdə, rahat olar. Həzrət Əmir (ə) bizi qənaətə, sadə yaşamağa dəvət edib. Dövlət məsulları dəbdəbəli, kübar həyat tərzindən çəkinməlidir. Yoxsul təbəqənin dolanışığına baxmalı, özləri üçün həyat səviyyəsi təyin etməlidirlər. Biz ruhanilər xalqın hidayəti, tərbiyəsinə məsul olduğumuz üçün bizim də ailə-övladımız bu mühüm məsələyə riayət etməlidir.|Vilayet.info
 
 

 

Bənzər Olanlar