Paylaş
Facebook Twitter Google+

Allah Öz rəhmət qapılarını daim bəndələrinin üzünə açıq saxlamışdır ki...

Ramal Əmiraslanov

2018-12-22 06:55:02 2945 Əxlaq

Tövbənin Allah -Taala (c.c) tərəfindən qəbul olunması!

وَإِذَا جَاءَكَ الَّذِينَ يُؤْمِنُونَ بِآيَاتِنَا فَقُلْ سَلَامٌ عَلَيْكُمْ كَتَبَ رَبُّكُمْ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَۖ أَنَّهُ مَنْ عَمِلَ مِنْكُمْ سُوءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِنْ بَعْدِهِ وَأَصْلَحَ فَأَنَّهُ غَفُورٌ رَحِيمٌ

"Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhimli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, Bağışlayandır, Rəhimlidir." (Ənam, 54).

İzah: Allahın aydın sifətlərindən biri Onun bəndələrinə geniş mərhəmətidir. Bu mərhəmətin ən gözəl təzahürlərindən biri bəndələrin tövbəsini qəbul etməsidir. Allah Öz rəhmət qapılarını daim bəndələrinin üzünə açıq saxlamışdır ki, əgər cəhalət və nadanlıq üzündən bir yanlış iş görsələr, məyus olmayıb, Allah dərgahına üz tutsunlar. Sonra onların tövbəsini qəbul etməklə səhvlərindən keçər və onlarla dərgahının yaxşıları kimi davranar. Yuxarıdakı ayə Quranın ümidverici ayələrindəndir. Belə ki, Allah, mərhəmətin Özünə vacib olduğunu və tövbəni mütləq qəbul edəcəyini bildirmişdir. 

Hədis: İslam peyğəmbəri (s): “Allah yaratdığı hər bir hadisəni üstələyən bir hadisə də yaratdı. Öz rəhmətini də qəzəbini üstələsin deyə yaratdı.” (Kənzül-ümmal, hədis: 10390).
 
 

Bənzər Olanlar