Qonağı necə qəbul edək?! Məsumların göstərişləri | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Qonağı necə qəbul edək?! Məsumların göstərişləri

Ramal Əmiraslanov

2018-07-12 09:12:15 1291 Əxlaq

Qonaqlığa layiq olanlar
. Allahın Peyğəmbəri (s): «Allaha xatir sevdiyin şəxsi öz yeməyinə qonaq et». (Kənzul-ummal, səh.25881)
. Allahın Peyğəmbəri (s): «Öz süfrəsinə varlıları qonaq edən və yoxsulları çağırmayan şəxsin dəvətini qəbul etmək məkruhdur». (əd-Dəvat, səh.141, hədis 358)
. Möminin dəvətini qəbul etməyə həvəsləndirmək


Allahın Peyğəmbəri (s): «Öz ümmətimdən burada olanlara və olmayanlarına tövsiyə edirəm ki, müsəlmanın dəvətini beş mil məsafədən olsa da, qəbul etsinlər. Çünki bu iş dinin bir hissəsidir». (Məhasin, c.4, səh.180, hədis 151)
Allahın Peyğəmbəri (syaxud qəbul edib, amma): «Kişinin, bir qonaqlığa dəvət olunduqda dəvəti qəbul etməməsi və yemək yeməməsi ədəbsizlikdir». (Qurbul-isnad, səh.160, hədis 583)

. Allahın Peyğəmbəri (s): (Əbuzərə nəsihətində): «Fasiq (günahkar) insanların yeməyindən yemə». (Biharul-ənvar, c.77, səh.84, hədis 3)

Qonağın xatirinə özünü zəhmətə salmaq

Allahın Peyğəmbəri (s): «Qonaq qəbul edən şəxs üçün elə bu günah bəsdir ki, öz qardaşlarının qabağına qoyduğu yeməyi az hesab etsin. Qonaqlara da elə bu günah bəsdir ki, qardaşlarının onların qabağına qoyduğu yeməyi az hesab etsinlər». (əl-Məhasin, c.2, səh.186, hədis 1533)
Allahın Peyğəmbəri (s): «Heç kəs qonaqların xatirinə özünü imkanından artıq zəhmətə salmamalıdır». (Kənzul-ummal, səh.25876)

İmam Sadiq (ə): «Qardaşın sənin evinə çağrılmamış gəlsə, evdə olan yeməyi onun üçün gətir. Elə ki, onu dəvət etdin, onun qulluğunda zəhmət çək». (əl-Məhasin, c.2, səh.179, hədis 1506)

. İmam Rza (ə): «Bir kişi Əmirəl-möminini (ə) qonaq dəvət etdi. Həzrət (ə) buyurdu: «Dəvətini bu şərtlə qəbul edərəm ki, üç şeyi mənə söz verəsən». Ərz etdi: «Nəyi söz verim, ey Əmirəl-möminin (ə)?» Buyurdu: «Bayırdan mənim üçün bir şey almayasan, evində hazırladığını məndən əsirgəməyəsən, arvad-uşağına əziyyət verməyəsən». Ərz etdi: «Bu şərti qəbul edirəm, ey Əmirəl-möminin (ə)». Bununla da, Əli (ə) onun dəvətini qəbul etdi». (Uyuni-əxbari Rza (ə) c.2, səh.42, hədis 138)/abna.ir

Bənzər Olanlar