Paylaş
Facebook Twitter Google+

Zahidin qaziyə ibrətdolu nəsihəti

Ramal Əmiraslanov

2018-06-17 12:33:30 2643 Əxlaq

Bir zahid qaziyə (hakimə) deyir: Mən istərdim sən bu vəzifədən uzaq olasan. Lakin indi ki, bunu öz öhdənə almısan, onda səkkiz şeyə riayət et: 

1. Danlaqdan qorxma. 

2. Tərifə ürək bağlama. 

3. İşdən çıxarılmaqdan qorxma.

4. Hökmü bilsən də məşvərət etməkdən imtina etmə. 

5. Haqq sənə məlum olsa, onu bəyan etməkdən ötrü bir an da yubanma.

6. Qəzəbli halda qəzavət etmə (hökm çıxarma). 

7. Nəfsi istəklərə uyma.

8. Nə qədər ki, münaqişə tərəflərinin hər ikisi hazır olmayıb, bir tərəfə qulaq asma./nur-az

Bənzər Olanlar