Paylaş
Facebook Twitter Google+

Quran ayələrinə əsasən Qiyamət günü münafiqlərin halı necə olacaq?

Ramal Əmiraslanov

2020-01-07 08:37:38 821 Əxlaq

İnsanların əksər hissəsi behiştin arzusundadırlar. Lakin namaz qılsalar da, qəlb hüzuruna malik olmazlar, etdikləri ibadətdə riya özünü açıq şəkildə göstərər. Qurani-Kərimdə buyurulur: “(Həmin) o gün ki, münafiq kişi və qadınlar (məhşər əhlinin məxsus hədəf istiqamətindəki yolunda) iman gətirənlərə deyəcəklər: «Bizə görə (bir az) dayanın və möhlət verin və ya bizə tərəf baxın ki, nurunuzdan işıq götürək».

Onlara deyiləcək: «Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın».

Həmin vaxt onların (mömin və münafiqlərin) arasında qapısı olan divar çəkiləcək. Onun (cənnətə sarı olan) içəri tərəfində mərhəmət, (cəhənnəmə sarı olan) çölündə isə o tərəfdən əzab vardır”. (“Hədid” 13).

 

Bu ayə münafiqlərin Qiyamət günündəki halını təsvir edir. Qiyamət günü günəş olmayacaqdır, əslində dünya başqa dünya olacaqdır. Əgər kimsə nur istəyirsə, gərək onu bu dünyada əldə etsin.

O kəslər ki, dünyada olan zaman nur əldə etməzlər, Qiyamət günü zülmətdə qalarlar. Onların gözləri nura malik olan behişt əhlinə dəyər. Onlar deyərlər ki, bizə tərəf baxın ki, bizə də işıq düşsün və biz də sizin nurunuzdan bəhrələnək. Ancaq belə münafiqlərə deyilər ki, artıq gecdir və nuru əldə edə bilməmisən. Onu başqalarından ummağın mənasıdır. Çünki özünün nurun olmayana qədər, zülmətdə qalacaqsan. Nuru isə dünyada əldə etməli idin.

Behişt əhli onlara xitab edərək deyərlər: “Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın”.

 

Ancaq bu sözü həyata keçirtmək mümkünsüz olacaqdır. Çünki artıq dünya olmayacaqdır və münafiqlər bu zülmətli halları ilə Qiyamət gününün bəlalarına giriftar olacaqlar. Çünki artıq gecdir və geri qayıtmaq mümkünsüzdür. (Həvzəh)

 

Hər kim behişt əhli olmaq istəyirsə, gərək həyatda olan zaman bu nuru əldə etməyə çalışsın ki, həmin nur – iman, təqva, saleh əməl, valideynlərə və qohumlara yardım etmək və bu kimi yaxşı əməllər vasitəsilə əldə olunar.

 

Münafiqlər bu əməllərdən uzaq olduqları üçün onları Qiyamət günü zülmətdən başqa bir şey gözləməz.

Odur ki, gərək özümüzü hər zaman təftiş edək və qəlbimizdə nifaq varsa, onu hər vasitə ilə islah etməyə çalışaq./Deyerler.

 

Bənzər Olanlar