Paylaş
Facebook Twitter Google+

Bu 4 sifətə malik olan, kamil imanlı və günahdan paklanmış olar!

Ramal Əmiraslanov

2020-05-18 00:34:01 1456 Əxlaq

Hədislərimiz bizləri həyanın fərdi və ictimai təsirləri ilə tanış etmişdir ki, onlara nəzər salaq:

1. Allah sevgisi. Həzrət Peyğəmbər (s) buyurur: “Allah həyalı, pak ətəkli insanı sevər. Xəcaləti olmayan dilənçiyə nifrət edər”.

2. İffət və pak ətəkli olmaq. İmam Əli (ə) buyurur: “Həyanın səmərəsi – iffətli və pak ətəkli olmaqdır”.

 

3. Günahların pak olması. İmam Səccad (ə) buyurur: “Dörd şey vardır ki, hər kimdə olarsa, İslamı kamil və günahları pak olar. Allahı ilə o halda görüşər ki, Allah Təala ondan razı olar: O kəs ki, insanların faydasına olan şeyi Allah üçün yerinə yetirər. İnsanlarla danışan zaman doğru danışar. Allahın və insanların yanında çirkin hesab olunan şeylərdən həya edər. Ailəsi ilə xoşrəftar olar”.

 

4. Vəfadarlıq, isarlıq. İmam Sadiq (ə) buyurur: “Ey Mufəzzəl! Əgər həya olmasaydı, insan qonaq qəbul etməzdi. Vədəsinə vəfa etməzdi. (İnsanların) ehtiyaclarını yerinə yetirməzdi. Yaxşılıqdan çəkinərdi və pisliklərə düçar olardı”.-DEYERLER.

Bənzər Olanlar