Paylaş
Facebook Twitter Google+

PEYĞƏMBƏRIMIZ (S) YEMƏYI SAĞ ƏLLƏ YEMƏYIMIZI ISTƏMIŞDIR?!

Ramal Əmiraslanov

2018-11-13 10:11:56 1221 Əxlaq

Peyğəmbəri-Əkrəm (s) başqa işlərdə olduğu kimi, yemək yeyəndə və su içəndə də Allahın adını çəkərdi. Həzrət (s) buyurur: “Yeməkdə əgər dörd xasiyyət olarsa, kamil olar: halal olar, ondan yeyən əllərin sayı çox olar, Bismillah kəlməsi ilə başlayar, həmdlə sonlanar”.

Həzrətin (s) qarşısına yemək qoyulan zaman buyurardı: “Bismillah. Allah bunu şükür ediləsi nemətlərdən qərar ver ki, onun vasitəsilə behiştə çataq”.

Ya da buyurardı: “Bismillah. Allah bizə verdiyin ruziyə bərəkət ver və onu davamlı et”.

Bu hədisdə maraqlı nöqtə odur ki, Peyğəmbəri-Əkrəm (s) yeməyə başlamamışdan qabaq əllərini qaldırar və dua edərdi. Həzrət (s) hətta su içən zaman belə Allahın adını çəkər və sonda da həmd edərdi. Suyu üç nəfəsə içərdi. Ona görə də üç Bismillah və üç dəfə də həmd deyərdi. Su içməyə başlayan zaman belə buyurardı: “Həmd olsun o Allaha ki, suyu yerə nazil edər. Allahın adı ilə ki, ən gözəl addır”.

İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: “Dəfələrlə görmüşəm ki, Peyğəmbər (s) su içən zaman üç dəfə nəfəs alardı. Başlayanda Bismilah və qurtaranda həmd deyərdi”.

Həzrət (s) süd içən zaman buyurardı: “Allahım, bizim üçün onda bərəkət əta et. Bundan da çox ruzi ver”.

Su içən zaman buyurardı: “Həmd olsun o Allaha ki, rəhməti ilə bizi zülal su ilə sirab edir. Günahlarımızın vasitəsilə şor və acı suyu bizə içizdirməsin”.

Həzrət Peyğəmbərin (s) bizlərə verdiyi tövsiyələrdən biri də o idi ki, qabın içindən su içməyək. Həzrət bir dəfə bir kişinin ağzını qabın içinə salıb heyvanlar kimi su içdiyini görür və ona buyurur: “Əgər qabın yoxdursa, əlinlə su iç ki, sənin ən pakizə qabın sayılır”.

Bizim dinimizdə sağ əl - bərəkət simvolu sayılır. Həmçinin Quranda oxuyuruq ki, möminlərin əməl dəftəri sağ əlinə veriləcəkdir. “(Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü)”. (“Vaqiə” 8).

“Amma əgər sağ tərəf əhlindən olsa” (“Vaqiə” 90). “Kimin əməl dəftəri sağ əlinə verilərsə”. (“İnşiqaq” 8).

Peyğəmbəri-Əkrəm (s) yeməyi də, suyu da sağ əli ilə yeyər və içərdi. Təbrisi bu haqda yazır: “Həzrət sağ əli ilə yeyər və içərdi. Sağ əli ilə alar və verərdi. Həzrətin sol əli başqa işlər üçün idi. Həzrət hər bir işi sağ əli ilə görməyi sevərdi. Paltar və ayaqqabı geyinən zaman, hərəkət edən zaman...”.

İmam Sadiq (ə) atalarının buyurduqlarına istinad edərək, sol ilə yemək yeməyi qadağan edərdi./Deyerler.

 

Bənzər Olanlar