Paylaş
Facebook Twitter Google+

Həzrət Peyğəmbərin (s) bir ərəbin həyati suallarına xilasedici cavabı nələr oldu?!

Ramal Əmiraslanov

2018-10-18 07:33:40 1365 Əxlaq

Bir gün Allahın Rəsulu (s) məsciddə oturmuşdu. Təsadüfən bir ərəb daxil oldu və Peyğəmbərə (s) salam verdi. Həzrət (s) salama cavab verib, sual etdi: “Haradan gəlirsən, ərəb?”. Ərəb dedi: “Uzaq yoldan gəlirəm və sizə bir neçə sualım var”. Həzrət (s) buyurdu: “Soruş, cavab eşidərsən”. Ərz etdi:
“İstəyirəm xalqın alimi olam”. Həzrət (s) buyurdu: “Allahdan qorx”.
“İstəyirəm Allah dərgahına yaxınlardan olam”. Həzrət (s) buyurdu: “Gecə və gündüz Quran oxu”.
“İstəyirəm həmişə ürəyim işıqlı olsun”. Həzrət (s) buyurdu: “Ölümünü yaddan çıxarma”.

“İstəyirəm Haqqın rəhmətində olam”. Həzrət (s) buyurdu: “Allahın xəlqinə yaxşılıq et”.
“İstəyirəm düşməndən mənə zərər yetişməsin”. Həzrət (s) buyurdu: “Həmişə Allaha təvəkkül et”.

“İstəyirəm xalqın gözündə xar olmayım”. Həzrət (s) buyurdu: “Pəhriz et özünü təmiz saxla”.
“İstəyirəm ömrüm uzun olsun”. Həzrət (s) buyurdu: “Qohum-əqrabanı yada sal, onlara kömək et”.
“İstəyirəm ruzim bol olsun”. Həzrət (s) buyurdu: “Həmişə dəstəmazlı ol”.

“İstəyirəm cəhənnəm odunda yanmayım”. Həzrət (s) buyurdu: “Gözünü, dilini bağla, naməhrəmə baxma, qeybət etmə”.
“İstəyirəm biləm günahlar nə ilə tökülür”. Həzrət (s) buyurdu: - Allaha yalvarmaq, tövbə etmək və sadəliklə”.

“İstəyirəm xalqın ağırlarından olam”. Həzrət (s) buyurdu: “Heç kəsdən bir şey istəmə”.
"İstəyirəm həya pərdəm yırtılmasın”. Həzrət (s) buyurdu: “Özgəsinin pərdəsini yırtma, sirrini açma”.
“İstəyirəm qəbrim dar olmasın”. Həzrət (s) buyurdu: ““Mülk” surəsini həmişə oxu”.

“İstəyirəm malım çox olsun”. Həzrət (s) buyurdu: “Hər gecə “Vaqiə” surəsini oxu”.
“İstəyirəm Qiyamət günü amanda olam”. Həzrət (s) buyurdu: “Şam ilə xiftən namazı arasında Allahı zikr et”.
“İstəyirəm Allah Təalanı namazda hazır tapım”. Həzrət (s) buyurdu: “Dəstəmaz alanda diqqətli ol”.

“İstəyirəm Allahın yaxınlarından olam”. Həzrət (s) buyurdu: “İşlərində düzlüyü və doğruluğu sənət et”.
“İstəyirəm nameyi-əməlimdə günah olmasın”. Həzrət (s) buyurdu: “Ata-anana yaxşılıq və hörmət et”.
“İstəyirəm mənim üçün qəbir əzabı olmasın”. Həzrət (s) buyurdu: “Libasını-paltarını pak saxla”.

Uca Rəbbimiz bizləri Peyğəmbərimizin (s) bu dəyərli nəsihətlərinə əməl edənlərdən qərar versin. Amin./Aynur Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Jurnalistika Məktəbinin dinləyicisi

Bənzər Olanlar