Paylaş
Facebook Twitter Google+

Dostların və dostluğun əhəmiyyəti Quran ayələrində necə dəyərləndirilir?

Ramal Əmiraslanov

2018-08-01 15:59:14 3886 Əxlaq

Quran mənəviyyatsız insanlarla dostluğu əbədi peşmançılıq adlandırıb.
İslaminSesi.info – İnsan bir fərd olmaqla yanaşı həm də çəmiyyətin bir üzvüdür. O ətrafsız, cəmiyyətsiz yaşaya bilməz. Yəni bu yaşam onun üçün ağır olar. İnsanın ünsiyyətə, inkişafa, fəaliyyətə və hidayətə ehtiyacı vardır.

Bu səbəbdən insan daima özünə uyğun birini axtarır, söhbət və fikirləri üst-üstə düşən birinə ehtiyacı olduğunu hiss edir. Həmçinin insanın dünyaı və həyatı, ətrafda baş verənləri düzgün şəkildə öyrənməyə və analız etməyə ehtiyacı vardır. Bu səbəblərdəndən elə bir insanlarla ünsiyyət qurmalı, münasibət yaratmalıyıq ki, sonra peşmançılığını çəkməyək. Quran faydasız, zərərli dostlar barəsində buyurur: یا وَيْلَتىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلاٰناً خَلِيلاً Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!

Qurani Kərim yanlış dostluğu tənqid edir, yanlış insanlarla yoldaşlığı əbədi peşmançılıq adlandırır. Çünki yanlış insanlarla yoldaşlıq insanı yalnış istiqamətə çəkir, insanı öz mühütündə yetişdirir. Bu səbəbdən mənəviyyat sahibi olan insanlarla birgə olan insan da mənəviyyatdan bəhrələnir. Əxlaq və mənəviyyatı olmayan insanlar da ətrafına özlərinə məxsus təsir qoyurlar. Bu səbəbdən Quran onlarla yoldaşlığı peşmançılıq adlandırıb./Yaşar Nuriyev

 

Bənzər Olanlar