Paylaş
Facebook Twitter Google+

Kimdə bu 4 xüsusiyyət olarsa Allah ondan razı olar!

Ramal Əmiraslanov

2018-02-14 08:05:45 284 Əxlaq

İmam Səccad (ə) buyurur: “Hər kimdə bu dörd sifət olarsa, imanı kamil və günahları bağışlanar. Allah ondan razı olan halda görüşər”.

1. İlahi təqva. Bu gün cəmiyyətdə hər kəs ki, başqasına yaxşılıq edərsə, əvəzini gözləyər. Halbuki, yaxşılıq oldur ki, onu edən zaman əvəzini gözləməyəsən. 

2. İnsanlara qarşı sadiq və düzgün olmaq. İnsanın pak fitrəti istəyir ki, o, həmişə düzgün insan olsun. 

3. Həyaya riayət etmək. Həya insanı günahdan saxlayar və ona tərəf cürət etməyə qoymaz. 

4. Xoş rəftar və xoş əxlaqlı olmaq. Hz Peyğəmbər (s) buyurur: “Hər kim bəd əxlaqlı xanımının rəftarına səbir edər və bu işində savaba ümid edərsə, Allah şakirlərin savabını ona əta edər”./Deyerler. 

 

Bənzər Olanlar