Paylaş
Facebook Twitter Google+

Necə edək ki, İmam Zaman ağa ilə (ə.f) rabitə qura bilək?

Muslims in Georgia

2017-06-04 10:03:42 4079 Üsuliddin İmamət

Hər bir Əhli-Beyt (ə) davamçısının ən böyük arzusu Mövlası olan İmam Zamanla (ə.f) rabitə qurmaqdır. Onun feyzindən bəhrələnməkdir. Bəs nə edək ki, İmamla (ə.f) rabitə qura bilək?

Tarixdə çox sayda insan İmamın (ə.f) görüşünə nail olmuş və Həzrətlə (ə.f) üsniyyət qura bilmişdi. Əgər bu insanların sifətlərinə nəzər salsaq, görərik ki, İmamla (ə.f) görüş feyzinə nail olmağa səbəb olan ən mühüm amillər: təqva, iffət, haramları tərk etmək və İlahi vacibatlara əməl etmək olmuşdur.

Hər kim İmamla (ə.f) rabitə qurmaq istəyirsə, gərək onu tanısın, ona eşq bəsləsin və əməllərində Həzrətin (ə.f) davamçısı olsun. İmam Rza (ə) yaxınlarından birinə belə buyurur: “Əgər mənim məhəbbət məqamımın sənin yanında nə qədər olduğunu dərk etmək istəyirsənsə, qəlbinə nəzər sal. Bax gör, qəlbində və işlərində mənə nə qədər sevgin vardır və mənim fikrimdəsən?”. (Tebyan)

Bu, təbii bir qaydadır ki, insan sevgiyi insana yaxın olmağa çalışır. Ona sevgisini bəyan etməyə çalışır. Qarşı tərəf də bunu görüb, cavabında o da öz sevgisini aşkar edir. Ona görə də İmam (ə.f) buyurur ki, mənim səni nə qədər sevdiyimi bilmək istəyirsənsə, əvvəl özünə və öz qəlbinə nəzər sal və orada mənə qarşı nə qədər sevginin olduğunu görməyə çalış. Bil ki, sən məni nə qədər yada salırsansa,mən də səni o qədər yada salıram.

Hər kim İmamla (ə.f) rabitə qurmaq istəyirsə, gərək onu xatırlasın və yaddan çıxartmasın.

İmamın (ə.f) diqqətini cəlb edən bəzi əməllər vardır ki, onları yerinə yetirərək, Həzrətin (ə.f) inayətini qazana bilər, bəlkə də onunla rabitə qurmaq tövfiqinə nail ola bilərik:

1. 14 Məsumu (ə), xüsusilə də İmam Zamanı (ə.f) yaxından tanımağa çalışmaq.

2. Hər bir zamanda Həzrəti (ə.f) yada salmaq.

3. Adının və əməllərinin insanlar arasında yayılmasına yardım etmək.

4. İmamın (ə.f) qürbətinə görə ayrılıq göz yaşı tökmək.

5. Hər səhər və hər axşam İmamın (ə.f) fərəcinin tezləşməsi üçün dua etmək.

6. İbadətlərin savabını Həzrətə (ə.f) hədiyyə etmək.

7. Quranı xətm edib, savabını Həzrətə (ə.f) hədiyyə etmək.

8. İmamın (ə.f) salamatlığı üçün sədəqə vermək və mal infaq etmək.

9. Həzrətin (ə.f) davamçılarına yardım etmək və çətinliklərini aradan qaldırmaq.

10. Muxlis və həqiqi Əhli-Beyt (ə) davamçılarını sevmək və onlara ehtiram göstərm

Bənzər Olanlar