Paylaş
Facebook Twitter Google+

R.Musayev: "Bu Cümənin hökmü dünyada səs-sorağa səbəb olan Yəmən hadisələridir"

Ramal Musayev

2015-04-02 23:11:57 1412 Manşet
Bismillahir rəhmanir rəhim.
Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir.
(Cümə.9)
   Bu ayədə də Allah (c.c) Cümə günü əzan verilib namaza çağırıldığı zaman möminlərin alış verişi tərk edib və tənbəllik etmədən Cümə namazına tələsmələrini əmr edir. Çünki Cümə namazı Allah qatında alış verişdən və dünya işlərindən daha xeyirlidir.
"Cümə namazını bu qədər xeyirli edən nədir?" sualının cavabı çox genişdir ki mən ondan birinə toxunmaq istəyirəm. Allah (c.c) vəhdəti, cəm olaraq ibadəti çox bəyənir. Cəm və çoxluqla olan ibadət müsəlmanlar arasında bir çox maddi və mənəvi problemləri həll edir.Möminlər arasında məhəbbət artır, məlumatlanma-mariflənmə gedir və birçox İçtimai fəsadlar aradan qalxır.Düşmənlərə cəm olmaqla ilahi bir zərbə vurulur.Lakin diqqət etməliyik ki hər Cümənin öz hökmü var. İçtimayi ibadət olan Cümə ibadəti hər həftə gərək vəziyyətə görə öz hökmünü versin. Bu Cümənin hökmü dünyada səs-sorağa səbəb olan Yəmən hadisələridir. Bu Cüməni mübarək etmək üçün gərək Yəməndə baş verən cinayətlər barədə möminlər mariflənə. Möminlər əməllərində, dillərində ən azından qəlblərində zülmə etiraz edə. Bu yolla bir şeyə nail ola bilməyəcəyini düşünən mömin, bilsin ki ən əsası Allah(c.c) qarşısında öz mövqeyini göstərir. Daxilində kimin dostu kimin düşməni olduğunu təsdiq edib, əməlində büruzə edir.
İmam Əli (ə) övladları İmam Həsən (ə) və İmam Hüseynə (ə) xitabən buyurur : "Haqqı deyin və savab üçün iş görün, zalıma düşmən və məzluma dost olun." ^  
Bu gün Marneuli İmam Əli(ə) məscidində vəya başqa yerdə başqa zaman o kəslər ki mövqeyini göstərərək məzlum Yəmən xalqına mənəvi dəstək olacaq, o kəslərin Cüməsi mübarək olsun.

^ (Biharul-Ənvar, c.100, səh.90, hədis75)

Ramal Musayev

Bənzər Olanlar