Paylaş
Facebook Twitter Google+

Gürcüstanda İmam Rzanın (ə) möhtəşəm təvəllüdü keçirildi (Foto)

Muslims in Georgia

2017-08-02 22:05:10 1134 Manşet

Mgeo.ge xəbər verir ki, Marneuli Cümə heyətinin təşkilatı dəstəyi ilə Həzrət İmam Rzanın (ə) və əziz bacısı Həzrət Məsumənin (s.ə) mübarək mövlud günlərini özündə cəmləyən Kəramət günləri münasibətilə tədbir keçirildi. 


Tədbiri Kərbəlayi Elçin Daşdanov açaraq sözü müqəddəs Qurani-Kərimin tilavəti üçün seyid Peymana verdi.

 

Sonra Azərbaycan Respublikasından təşrif gətirən "Azərbaycan ilahi nəğmələr qrupu”ndan seyid Peyman və seyid Fariq tədbirdə öz gözəl səsləri ilə ilahilər səsləndirdilər.

 

Çıxış edən Marneuli İmamcümələrindən olan Hacı Əziz Nəbiyev Həzrət İmam Rzanın (ə) həyatından mühüm hadisələrə toxunaraq, İmam Rzanın (ə) İslamı yaşatmaq üçün gördüyü işlərdən danışdı.

 

Daha sonra tədbir Əhli-beyt (ə) məddahları seyid Peyman və seyid Fariq Əhli-beytin (ə)şəninə yazılmış şeir, qəzəl və surudlar səsləndirdilər.

 

Tədbir fərəc duası və bayram süfrəsi ilə yekunlaşdı.

 

Mənbə:Ahlibeyt.ge

 

Bənzər Olanlar