Paylaş
Facebook Twitter Google+

GÜRCÜSTANDA MƏSCİD ŞURASI HÖKUMƏTİ MƏHKƏMƏYƏ VERİB!

Muslims in Georgia

2017-09-29 13:30:50 8941 Manşet

GÜRCÜSTANDA MƏSCİD ŞURASI HÖKUMƏTİ MƏHKƏMƏYƏ VERİB!

Gürcüstanda Marneuli İmam Əli (ə) məscidinin şura üzvləri şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gürcüstan hökumətini məhkəməyə veriblər. Buna səbəb isə ölkədə bilavasitə hökumət tərəfindən qabağa gələn məscidlərə aid köklü problemin həllolunmaz şəkildə qalmasıdır.

 Beləki ölkədə 150-ə yaxın fəaliyyət gösdərən məscidlər bütövlükdə xeyriyyəçilər və xalq tərəfindən tilikdiyi halda, iqtisadiyyat nazirliyi tərəfindən “sahibsiz mülk” adı ilə mənimsənərək qəsb edilib. Bu atılan addım az imış kimi, onlar İlahi hökümlərə zidd olan ikinci daha bir addımı atmışlar.

Onlar Həmin məscidləri sankı öz mülkləriymiş kimi davranaraq, sədrinin dini bəlli olmayan və öz məmurlarının təsisçiliyi ilə yaranan “BÜTÖV GÜÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİ”-nin sərəncamına veriblər.

Həmin məscidlərdən biri də məhz elə Marneuli şəhərinin mərkəzi məscidi sayılan, İmam əli (ə) məscididir.
2004-cü ildən bu yana öz təqdirəlayiq işləri ilə müstəqil şəkildə fəaliyyət göstərən şura üzvləri, sözügedən idarənin nəzdində fəaliyyət göstərmək istəmədikləri üçün, yuxarıda adı çəkilən məscidin hökumətdən öz şurasına qayıtmasını tələb edirlər.

Onlar buna səbəb kimi, həmin idarənin təsisçilərinin siyasi partiyalara mənsub dünyəvi insanlar olmalarından və idarənin icraçı direktorunun hansı dinə mənsubiyyətinin naməlum olmasından əlavə, idarədə həmin şəxsə müavin olan şeyxin, hökumət tərəfindən təyin və idarə olunmasını və nəticə etibari ilə də, “Bütöv Gürcüstan Müsəlmanları İdarəsi”-nin dini zəmində etibarsız bir qurum olduğun, göstərirlər.

Bu məsələ ilə bağlı “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi”-nin sədri və şeyxi seyid Mirtagi Əsədovun fikrini öyrəndik. O da öz növbəsində məsələyə belə aydınlıq gətirdi:

“Bütöv Gürcüstan Müsəlmanları İdarəsi” ümumilikdə müsəlmanların deyil, hökumətin iradəsini təmsil edir. Məhz elə buna görə də biz BGMI-nin məscidləri öz idarəçiliyinə götürdüyünü eşitdikdə heç də təəccüblənmədik. Bu idarədən müsəlmanların xeyrinə hər hansı bir addımın atılmasını gözləmək, sadəlövhlükdən başqa bir şey deyil.

Müsəlmanların məscidlərinin şəriətə zidd olaraq zəbt edilməsi hər hansı bir şəkildə yolverilməz məsələdir. Bununla heç zaman razılaşmaq olmaz. Ona görə də mən İmam əli (ə) Məscidinin şura üzvlərinin bu addımını alqışlayıram və təqdirəlayiq iş bilirəm. onların hər birinə bu məsələdə uğurlar arzulayıram. Onların bu addımı, öz sahəsində özünəməxsus və ilk addım oldğu üçün deyə bilərəm ki, dininə can yandıran hər bir şəx üçün örnək olacaq.

Bunu da vurğulayım ki, İmam Əli Məscidi qəsb edilərək yuxarıda adı gedən qurumun idarəçiliyinə verilən ilk və son məscid deyil, bir çox digər məscidlər də elə həmin məscid kimi eyni taleylə üzləşiblər. Bizim tələbimiz bütün məscidlərin əsil sahiblərinə qayıtmasıdır. Bu məsələnin həyata keçməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Ümid edirəm ki, İmam Əli (ə) Məscidi problemli dini abidələrin hamısına nümunə olacaq.

BGMI-nin yarandığı gündən bu yana müsəlmanlara etdiklərini dəyərləndirmək üçün Tarixi yaddaşımızı vərəqləyəndə, görürük ki, həmin qurum öz səhifələrini xidmətlə deyil xəyanətlə doldurub. Xəyanətkarla razılaşmağın özü də elə xəyanətdir. İslam dini də öz səmavi təlimləri ilə insanları zalimin və haqsızın deyil, məzlumun və haqqı tapdalananın yanında durmağa çağırır.”

Daha sonra İmam Əli (ə) Məscidinin tanınmış və hörmətli axundu Hacı Hacıyevin fikirlərini bu sahədə öyrəndik. O da öz növbəsində vurğuladı ki, “mən 13 ildir ki bu məsciddə axundam. Bu məscid müstəqil şəkildə fəaliyyət göstərir və özünün müstəqil şurası var. Həmin şura bu məscidi idarə edir. Heç kəsin xəbəri olmadan Gürcüstan hökuməti məscidimizi götürüb özününküləşdirərərk, Gürcüstan müsəlmanları idarəsinin balansına verib. Hansı ki, həmin idarəyə müsəlmanlar arasında müsbət baxış yoxdur. Çünki o idarənin təsisçiləri dindar şəxslər deyil və əsas rəhbəri yəni icraçı direktoru da bilinmir kimdir. Digər sözlə desək, Gürcüstan müsəlmanları idarəsi pərdəarxası qüvvələr tərəfindən yönəldildiyi üçün, müsəlmanlar arasında həmin quruma qarşı ciddi şübhələr var. Həm də ki, onlar yarandıqları gündən bu yana müsəlmanlara qarşı hüsni-niyyətlərini sərgiləyə bilməyiblər. Onun üçün də biz 250 illik tarixi olan məscidimizin geri öz şurasına qayıtarılmasını tələb edirik. Bizim bu tələbimiz qanunidir və Gürcüstan qanunları çərçivəsindədir.”
 Nəticə olaraq İnsan Hüquqları Araşdırma və Monitorinq Mərkəzi şiə müsəlman icması adından, Dini Məsələlər Üzrə Dövlət
Agentliyi,Bütün Gürcüstan Müsəlmanlar İdarəsi, Dövlət Əmlakı Milli Agentliyi və Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə qarşı məhkəməyə müraciət edib.
Bu məlumatlar təşkilatın press-relizində qeyd edilib.
Imam əli (ə) fondunun sədir və məscid şurasının üzvü Hacı Amil Xəlilovun adı ilə şikayət daxil olub məhkəməyə.
Xatırladaq ki, məhkəmə prosesi 2017-ci il dekabr ayının 6-da baş tutacaq.

Xatırladaq ki, APA-ya BGMİ-nin şeyxi Hacı Ramin İgidov isə məhkəməyə müraciəti absurd adlandırıb: “Gürcüstanda fiziki və ya hüquqi şəxsin adına qeydiyyatda olmayan məscidlər dövlətin mülkiyyətinə daxil edilib. İmam Əli məscidini də İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi qeydiyyata alaraq aidiyyəti qurum olan Gürcüstan Müsəlmanları İdarəsinin 49 illik sərəncamına verib. Qonşu müsəlman ölkələrində də məscidlər müvafiq yerli idarəetmə orqanlarının mülkiyyətindədir. Qarşı tərəf haqsız olaraq məscidin dövlət tərəfindən mənimsənildiyini bildirir. Məscid xalqa məxsusdur və dövlət sadəcə, məscidi qeydiyyata alıb”.

  1. İgidovun sözlərinə görə, Gürcüstanda din haqqında qanun qəbul olunmadığı üçün məscidlərin statusu müəyyən olunmayıb: “Gürcüstan Müsəlmanları İdarəsi bu qanunun qəbul olunması istiqamətində iş aparır və müvafiq müraciətlər edib”.

Niyazi Ismailov

 

Mgeo.ge

Bənzər Olanlar