Paylaş
Facebook Twitter Google+

Əyyami Fatimə günlərinin sonuncusu keçrildi-Foto

Muslims in Georgia

2017-03-03 06:52:15 2452 Manşet

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) və Imam Əli (ə) adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə bu gün 02.03.2017-ci il tarixdə axşam namazından sonra İmam Əli (ə) məscidində müxtəlif məntəqələrdən gələn qonaqların iştirakı ilə xanım Fatimeyi Zəhranın şəhadəti ilə əlaqədar Əyyami Fatimə günlərinin sonuncusu keçrildi.

Namazdan sonra məclis kərbəlayi Rızanın Quran tilavəti ilə başladı,sonra məscidin axundu şeyx Hacı Hacıyev xanım Fatimə məclisində iştirak edən Iran Islam Respublikası və Azərbaycan Respublikasından gələn məddahlar Məcid və Seyid Rəhmana məclisi həvalə etdi,qonaqlarda öz gözəl və füsunkar səsləri ilə məclis əhlini qəmləndirdilər.

Məclisin sonunda həzrəti xanım Fatimeyi Zəhranın (s) adına ehsan süfrəsi verildi.

Bənzər Olanlar