Paylaş
Facebook Twitter Google+

Gürcüstanın İmam Cüməsi Xanım Zəhra məscidindən danışdı-FOTO

Muslims in Georgia

2017-02-12 00:24:56 2703 Manşet

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) və Imam Əli (ə) adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə 11.02.2017 Tarixində Marneuli şəhər məscidi İmam Əli (ə) məscidində xanım Fatimeyi Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar Əyyami Fatimə günlərinin ilki keçrildi. Şam namazdan sonra məclis Quran tilavəti ilə başladı və məscidin axundu İmam Cümə Şeyx Hacı Hacıyev xanım Fatimənin (s.ə) əzəməti, böyüklüyü və şəhadəti haqqında danışdı. Şeyx H.Hacıyev Bakı şəhərinin Günəşli qəsəbəsində yerləşən "Xanım Fatimeyi Zəhra" məscidinin problemlərinə də toxundu və ərazisinin qəsb olunmasına narahatçılığını bildirdi və məsələnin həlli üçün dualar etdi. Məclisin davamında Azərbaycandan gələn qonaq məddah Seyid Rəhman və Rıza Cəfəri öz gözəl səsləri ilə Xanımın (s.ə) matəmi ilə əlaqədar nohələr oxuyub məclisə nuraniyyət qatdılar. Məclisin sonunda ehsan süfrəsi verildi.

 

Rasim Məmmədov

Mgeo.ge

ÖNCƏKİ YAZI

Bənzər Olanlar