Paylaş
Facebook Twitter Google+

U.G.M.A.D.İ. VƏ İ.Ə.X.F.-nun Marneulidə kilsəyə qarşı edilən hörmətsizlikə bağlı bəyanatı!

Muslims in Georgia

2017-06-29 21:22:11 2333 Manşet

 

U.G.M.A.D.İ. VƏ İ.Ə.X.F.-nun Marneulidə kilsəyə qarşı edilən hörmətsizlikə bağlı bəyanatı!
Dəyərli ölkə vətəndaşları, müsəlmanlar və xristianlar! Son günlərdə çox narahat edici və üzücü bir xəbər eşitdik. Bu, müsəlmanların kompakt yaşadığı Marneuli şəhərində “Müqəddəs Qiorqi” kilsəsinin naməlum şəxslər tərəfindən pəncərələrinin, qapısının və lampalarının sındırılması xəbəri idi.
Sözsüz ki, bu çırkın əməli törədənlər, inanclı xristianlar deyildi. Inanclı müsəlmanlar da deyildi. Bu işi müsəlmanların görməməsinin ən başlıca səbəbi müqəddəs Qurani-Kərimin bütün müsəlmanlara, onların tərəf-müqabili olan hər hansı bir dinin davamçılarının inanclarına hörmətsizlik etməmələrinə çağırmasıdır. (Əl-Ənam; 108)
bu məsələ kitab əhli olan xristianlara aid olduğunda isə, məsələ daha da ciddiləşir. Belə ki, müqəddəs Quranı-Kərim müsəlmanları və xristianları birliyə çağırır .(Ali-İmrn; 64)
bizim Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və İmam Əli (ə) Xeyriyyə Fondu olaraq neçə il boyunca hər ay, müsəlmanların kompakt yaşadığı bölgələrdə ehtiyaclı ailələr sırasında xristian ailələrinə də yardım etməyimiz və adı Qurani-Kərimdə gəlmiş müqəddəs Məyəm anamızın viladət günündə (Məryəmoba), hər il gül aksiyası keçirərək xristiyan ana-bacılarımızı təbrik etmək də məhz elə Müqəddəs İslam dininin bizə olan səmavi təlimlərindən qaynaqlanır.
Burada ağıla gələn sual budur ki, hansı inanclı müsəlman bu çırkin əməli törədə bilərdi? Cavab mənfidir. Çünki, bu çirkin addımın atılması heç bir ilahi çərçivəyə sığmır və səmavi təlimlərlə üst-üstə düşmür. Belə olan halda bu addımın, ilahi mənəviyyatdan yararlanmamış çox alçaq insanların çirkin məqsədləri üçün həyata keçirilməsi nəticəsinə rahatlıqla yetişirik.
Biz törədilən bu çirkin əməli nəinki təkcə xristianlara, həm də müsəlmanlara qarşı böyük bir təhqir hesab edirik və kəskin şəkildə qınayırıq, aidiyyəti orqanlardan da istəyirik ki, bu alçaq cinayəti törədənlərin kimliyini müəyyənləşdirərək ədalət məhkəməsinə təhvil versinlər, Bununla da hər hansı bir fitnənin yaranmasının qarşısını alsınlar!
U.G.M.A.D.İ. VƏ İ.Ə.X.F.

Bənzər Olanlar