Paylaş
Facebook Twitter Google+

R.Musayev: \"Bu bayramı ilk dəfə Peyğəmbər özü qeyd etdi.\"

Ramal Musayev

2015-04-09 23:20:13 9723 Manşet
Bismillahir-rəhmanir-rəhim.
Bu gün iki bayram bir günə təsadüf edir. Bu gün yeddi günün ən qiymətli günü olan cümə günüdür. O cümə ki, möminlərin, göy əhlinin və Cənnət sakinlərinin bayram günüdür. Günlərin ən yaxşısı, ən şərəflisidir.Cümə günü yaxşılıqların xəzinəsi və gözəl şeylərin mənbəyidir.
Cümə günü xeyir və yaxşı əməllərlə keçsə, digər günlər də salamatlıqla keçər. Fəziləti yazılmaqla kitablar tutacaq Cümə gününü, bu günə təsadüf edən bir bayram daha da fəzilətli etdi. Bu günün fəzilətinə fəzilət qatan bayram, analar anası, dünya xanımlarının örnək qibləsi olan Xanım Fatimeyi Zəhra (s.ə) nın mövlud bayramıdır.
Xanım Fatimə (s.ə) dünyaya gəlməsi ilə, qısa ömründə yaşam tərzi ilə və hətda dünyadan köçməsi ilə İslam dininə əvəzsiz xidmət etmiş və bəşər aləminin nicatı üçün böyük rol oynamışdır.
Xanım Fatimə(s.ə)nümunəvi övlad, nümunəvi həyat yoldaşı və nümunəvi  ana olub.
Fatimə (s.ə) atası Peyğəmbərə (s) elə xidmət edib ki Peyğəmbər(s) ona "Ummu Əbiha" atasının anası deyib. 
İslam Peyğəmbəri (s) bir gün  soruşur “qadın nədir?” 
Dedilər; “Qadın namusdur.
Soruşdu “Qadın nə vaxt Allaha yaxın olur?” 
Bu suala cavab verə bilmədilər.
Bu sualı eşidən Fatimə (ə) buyurdu; “qadının Allaha ən yaxın olan vaxtı evində olan vaxtıdır.”
Cavabı eşidən Peyğəmbər (s) buyurdu; “Həqiqətəndə Fatimə bədənimin bir parçasıdır.”
Nümunəvi həyat yoıdaşı olan Fatimə (s.ə) heç vaxt bir an olsa belə nə sözlərində nə əməlində həyat yoldaşı Hz Əlini(ə) incitməyib.Fatimə(s.ə) o qədər yaxşı həyat yoldaşı olub ki İmamət atası Hz Əli(ə) onun barəsində belə deyir:
" Fatimə Allaha itaətdə ən yaxşı köməkçidir" 
Xanım Fatimənin qısa ömründəki fəzilətlər 1400 ildir ki yazılır və deyilir lakin köhnəlmir. Çün ki bu fəzilətlər 1400 il hər dövrün insanlarına nümunə olub və olacaq.
Bu xanımı övlad olaraq Allah Peyğəmbərə (s) Kövsər (Tükənməz, coşub çoxalan bulaq) deyə hədiyyə etdi.Xanım Fatimənin (s.ə) övladları ilə Allah öz dinini yer üzərində qorudu və Fatimənin (s.ə) sonuncu imam övladı ilə dinini kamil şəkildə yer üzərində Hakim edəcək. 
Xanımın dünyaya gəlməsi Peyğəmbərə(s.ə) və bütün bəşər aləminə bayram oldu. Bu bayramı ilk dəfə Peyğəmbər özü qeyd etdi. Peyğəmbər(s), Fatimə (s.ə) dünyaya gələndə Allahın istəyi ilə namaz qılıb, qurban kəsdi.
Mömin və möminələr gərək bu günü xüsusi qeyd etsinlər. Öz ətraflarında bayram abu-havası yaratsınlar. Möminlər- analarını, bacılarını, həyat yoldaşlarını, qızlarını və onlara yaxın xanımları xüsusi təbrik etsinlər. Bu günün səbəbkarını xanımlarına tanıtsınlar.
Əgər bir xanım, Fatiməni(s.ə) tanıyarsa və Fatiməni(s.ə) özünə nümunə edərsə əmin olsun ki onun ailəsində hər gün bayram olar və bu günün bayram olduğunu həqiqətən dərk edər.
  Dünyada bütün möminə anaları və öz anamı, bütün möminə bacıları və öz bacımı, bütün körpə müsəlman qız övladlarını və öz övladlarımı, həmçinin övladlarımın anasını, bu böyük gün, gözəl bayram münasibəti ilə təbrik edirəm. Onlara, Uca Allahdan Xanım Fatiməyə (s.ə) layiqli davamçı olmaqlarını arzu edirəm.
Cüməniz və Bayramınız mübarək.
Ramal Musayev 
Mgeo.ge.

Bənzər Olanlar