Paylaş
Facebook Twitter Google+

Gürcüstanda "Ya Rəsulallah" klipinin təqdimatı keçirildi-FOTO

Muslims in Georgia

2017-08-29 21:07:53 1275 Manşet

Bu gün 29.08. 2017-ci il tarixində Gürcüstanın Marneuli şəhərində "Əhli-Beyt" ilahi nəğmələr qrupunun "Ya Rəsulallah" adlı ilahisinin klip təqdimatı oldu.
Klip Gürcüstanda Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) təşkilatçılığı ilə ərsəyə gəldiyi üçün klipin təqdimatı da məhz Gürcüstanda keçirildi.
Qeyd edək ki klip "VNV Production"un rəhbəri Vüqar Əliyevin rejissorluğu ilə çəkildi.
Təqdimat mərasimində Gürcüstanın dini, içtimayi, siyasi, incəsənət xadimləri və ədəbiyyat adamları iştirak edib. Təqdimat mərasiminin açılışı Elvir Həsənoğlu tərəfindən olduqdan sonra Ü.G.M.A.D.İ-nin rəhbəri Mirtağı Əsədov qonaqları salamlayıb klipin çəklişi və bu sahədə görülən həmçinin görülməli olan işlər barədə öz fikirlərini bildirdi. Din xadimləri və digər qonaqlar da təbrik və dəyərli fikirlərini bildirdikdən sonra şirniyyat məclisi ilə təqdimat yekunlaşdırıldı və Ü.G.M.A.D.İ tərəfindən klipin rejissoru Vüqar Əliyevə hədiyyə təqdim olundu.

 

Bənzər Olanlar