Paylaş
Facebook Twitter Google+

Ailədə baş verən ixtilafların əsas səbəbi İslam alimlərinin nəzərində

Ramal Əmiraslanov

2018-02-07 09:00:51 252 Maraqlı

“Əgər ailədə səfa, səmimiyyət, istilik istəyiriksə, gərək səbr, dözümlülük, göz yummaq, inciməmək kimi keyfiyyətləri özümüzdə həyata keçirək. Bunlarla ailənin isti mühitini qoruyaq. Belə olmazsa qarşıdurma və çəkişmə irəli gələr. Ailənin də bütün ixtilafları məhz belə qarşıdurmalardan yaranır” (Ayətullah Behcət)

 

İslaminSesi.info- Ailə dedikdə ilk öncə insanın zehninə valideynlər gəlir. Çünki ailəni formalaşdıran, onun davamiyyətini qoruyub saxlayan valideynlərdir. Ailənin hansı tərzdə formalaşması da valideynlərdən aslıdır. Ailə valideynin təfəkkürü, inancı, dünyaya baxışı altında formalaşır. Dini və üstün milli dəyərlərə diqqət edən, özündə yüksək əxlaqı dəyərləri aşılayan hər bir valideynin ailəsi də bu dəyərləri tanıyacaq, bu dəyərlər çərçivəsində formalaşacaq.

 

Yox əgər yeməyindən geyiminə qədər, dünya baxışından davranışlarına qədər heç bir dəyərə diqqət etməyən, yalnız ürəyinin (nəfsinin) arzuları dalınca olan valideynin yetişdirdiyi, formalaşdırdığı ailə də dəyərlərsiz formalaşacaq.

 

Boyük din alimlərindən birinə ailədə baş verən ixtilaf və anlaşılmazlıqların səbəbi barədə soruşulduqda belə buyurdu:

 

“Quran və hədislərə əsasən ailədə baş verən xtilafların əsas səbəbi əxlaqın (Quran əxlaqının) olmamasıdır. Əgər valideynlərin birində bu əxlaqi dəyərlər (iman və təqva) olmazsa ixtilaf baş verər.

Valideynlərin vəziyyəti dişli çarx kimidir. Bu dişlər böyük carxı fırladır. Əgər bu dişlərdən bir neçəsi qırılsa carxı fırlatmaz. Həmin bu dişlər əxlaq, təqva, imandır. Bunlardan biri qırılsa ailənin dişli çarxı şikəst olar.

Yaxud mümkündür kişi və qadından biri əxlaqa (düzgün baxışa, səbrə, Quran göstərişlərinə) sahib olsun, digəri isə olmasın. Kişi ailənin təminat və dolanışığına diqqət etdiyi kimi, pis və yaxşının da müyyənləşməsində diqqət etməlidir. Əgər edə bilmirsə bilik əhlinə (bu sahədə) müraciət etməlidir.

 Kişinin bəd əxlaq (Quranın, dinin ziddinə) olması mümkündür. Yaxud qadın da bu cür ola bilər. Əgər hər ikisində insani və İlahi əxlaq (dəyərlər) olarsa bu kimi hallar baş verməz. Əgər kişi gözəl əxlaqla davranarsa, yaxud qadın İslam nuraniyyəti ilə rəftar etsə, bu ilahi nurun sayəsində aralarında ixtilaf olmaz. Bir birlərinə olan anlayışdan, sevgidən, məhəbbətdən araya ikitirəlik düşməz. Bir birini eşidərlərsə deyilmiş söz hədərə getməz (yəni deyiləni düşünərlər). Bütün ixtilafların səbəbi İlahi əxlaqın olmamasıdır.”

(Hawzah-net)

 

Bəli Mütəal Allah Quranda ailə başçılarını Quran əxlaqına, Quran xeiyr bərəkətinə çağırır və ailənin düçar olduğu pis aqibətinin səbəbini valideynlərin Allahdan, ilahi əxlaqdan uzaq düşmələrində ğörür. Hər kəsdə Allahı tanımaq hissi həqiqi olsa heç kim bir biri ilə ixtilaf və düşmənçilik etməz. Ailədə də Allaha təvəkkül və iman hissi olsa, bu əxlaqi dəyərlərlə formalaşar, qarşıya çıxan hər bir maneəni Allaha etimadla dəf edər.

 

Quran buyurur: “De: Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!” (Zümər-15)

 

Qurana əsasən ailə başcısı ailənin geyim, ərzaq, dolanışıq işlərinə məsul olduğu kimi, onun əxlaqi, mənəvi, dini dəyər və düşüncələrinə, dünyaya düzgün baxışına da məsuldur. Hər bir ailə başcısı öz ailəsini Allah və peyğəmbərin (s) dini çərçivəsində tərbiyə etməli,  öz əxlaq meyarlarını Allahın Kitabından və Əhli-beytin (ə) dəyərli hədislərindən almalıdır.|Yaşar Nuriyev

 

 

Bənzər Olanlar