Paylaş
Facebook Twitter Google+

İnsan dünyaya qədəm basarkən niyə ağlayır?

Ramal Əmiraslanov

2019-12-10 11:09:05 10281 Maraqlı

Bir çox hədislər bizə qəbir əzabından xəbər verir. Ancaq bəzi imanı zəif olan insanlar deyir ki, qəbir əzabını kimsə hiss edibdir, yoxsa qəbirdə olanlar bu haqda kiməsə xəbər veriblər?   Təbii ki, bu kimi söhbətləri avam insanlar söyləyərlər.

 Qurani-Kərim buyurur: “Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir. Onu ona (Peyğəmbərə) qüvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir”. (“Nəcm” 3-4).

 Bu ayələr təsdiq edir ki, Həzrət Peyğəmbər (s) və Məsum İmamların (ə) söylədikləri hər söz və hər bir xəbər doğrudur və onda şübhə etmək olmaz. Əslində Məsumların (ə) bərzəx aləmi ilə rabitələri vardır. Ona görə də onların bərzəx aləmi barəsində verdikləri xəbərlər bizə çox kömək edir.

 Məsumların (ə) nəzərinə görə, insan ana bətnində olan zaman üzmək halında olar. Elə ki, dünyaya qədəm basar, yeni dünyaya daxil olmasının qorxusundan ağlayar.

Ona görə də insan bir aləmdən başqa aləmə keçən zaman körpə kimi qorxuya və vahiməyə düçar olur. Elə bilir ki, bu aləmdə qəribdir və təkdir. Yar və yavəri yoxdur.

Məsumlar (ə) hədislərin yardımı ilə bizi həmin dünyaya hazırlayar və qorxumuzu bir qədər də olsa azaldarlar. İnsan bilər ki, öləndən sonra onu nələr gözləyir və hansı mərhələlərdən keçəcəkdir. (Həvzəh)

İnsan elə varlıqdır ki, gələcəkdən xəbər tutarsa, istər-istəməz özünü onun üçün hazırlayar. Bu zaman Məsumların (ə) buyurduqları onun köməyinə gələr. İnsan bilər ki, əgər axirət azuqəsi olmadan ölərsə, hansı qəbir əzabları onu gözləyər. Bu səbəbdən çalışar ki, bərzəxə daxil olmazdan əvvəl saleh əməllər yerinə yetirsin və günahdan uzaq olsun. Əks halda, həqiqətən də onu qəbir əzabı gözləyər./Deyerler.

Bənzər Olanlar