Paylaş
Facebook Twitter Google+

Elmi işlər görərək yaradıclıq edən İxtiraçılara İlahi mükafat veriləcəkdirmi?

Ramal Əmiraslanov

2019-02-05 12:22:32 5203 Maraqlı

Tarixə nəzər salan zaman görmək olur ki, çox sayda ixtiraçı və kəşf edən insanlar böyük əzab və əziyyətdən sonra öz zəhmətlərinin bəhrəsini görürdülər. İstər işığın ixtirası olsun, istər telefonun və ya başqa bir şeyin. Bəs bu insanlar axirətdə də mükafat alacaqlarmı? (Tebyan)

 

İslam dininin nəzərinə görə əməlin nəfsi kifayət deyildir, bəlkə əməlin stimulu və niyyəti dəyərlidir. Ona görə də Quran buyurur: “Kim yalnız bu ötəri nağdı (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar”. (“İsra” 18).

“Kim axirət əkini istəsə (axirət məhsulu üçün əməl toxumu əksə) onun əkinini artırarıq (lütfkarlıqla ona ədalətli dəyərin ən azı on bərabərini verərik)və kim dünya əkini istəsə (əməli dünya məqsədi ilə etsə, Biz Öz yazımıza əsasən) ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır”. (“Şura” 20).

Adətən xəstəxana, məktəb və ya məscid inşa edən insanların çoxu zahirdə özlərini elə göstərirlər ki, tək hədəfləri insanlara xidmət etməkdir, başqa niyyətləri yoxdur. Lakin batinlərinə nəzər salanda görmək olur ki, bu insanların bəzisi şan-şöhrətə və ya məqama görə bu işi görürlər.

 

Əksinə, bəzən bir insan kiçik bir iş görür, lakin niyyəti yüz faiz insanlara xidmət etmək olur. Əgər bu insanların əməl dəftərini həm əməlin nəfsinə və həm də niyyətinə görə araşdırsaq, görərik ki, bir neçə haldan xaric deyildir:

1. Bəzən bir ixtirada niyyət ancaq dağıdıcı xarakter daşımışdır. Sonra isə həmin ixtirada insanlar üçün mənfəət də yaranmışdır ki, bu, həmin ixtiraçının əsl hədəfi olmamışdır. Ya da ikinci dərəcəli hədəf olmuşdur. Bu ixtiraçıların təklifi aydındır.

2. Bəzən bir ixtiraçı öz ixtirasını edən zaman maddi mənfəət və ya şan-şöhrət qazanmaq kimi hədəfi təqib edir. Əslində bir tacirə bənzəyir ki, daha çox maddi mənfəət qazanmaq üçün bu kəşfi edir.

O kəsin ki, bir xeyir işi görən zaman niyyəti maddiyyat və rifah olarsa, axirəti nəzərə almazsa, Allah həmin əməlin mükafatını elə bu dünyada ona verər. Lakin axirətdə həmin əmələ görə bəhrələnməz. Bütün bu kimi yaxşı əməlləri axirətdə məhv olar. Çünki niyyəti dünya olmuşdur, Allaha və Qiyamət gününə iman bəsləməmişdir. Nəticədə axirətdə həlak olanlardan olar.

3. Bəzi ixtiraçıların niyyət insanlara xidmət etməkdir. Ya da əgər Allaha inanırsa, Allaha xatir insanlara xidmət etmək istəyir. Bu cür insanların əgər imanı varsa, şübhəsiz ki, etdikləri əməlin mükafatını axirətdə əldə edəcəklər. Bu mükafat ola bilsin ki, onlara dünyada verilsin, ola bilsin ki, axirətdə. Hər bir halda Adil Allah onu bu mükafatdan məhrum etməyəcəkdir. “Həqiqətən, Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz». (“Yusif” 90)./Deyerler.

 

Bənzər Olanlar