Paylaş
Facebook Twitter Google+

Sual : Butun insanlarin,,\'gozunde bedenezer var? umumyetle bednezer nedir?

Əllamə Təbatəbai ....

2020-07-24 21:00:23 3043 Maraqlı

Cavab: Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur.

Həzrət Peyğəmbərdən (s) bu barədə soruşulduqda, o buyurdu: «Qəzavü-qədəri qabaqlaya biləcək şey gözdəymədir».
Yəqub peyğəmbər öz övladlarını məhz gözdəymədən qorumaq məqsədi ilə deyir: «Yəqub dedi: «Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun...» . Həzrət Əli (ə) buyurur:
«Peyğəmbər (s) Həsən (ə) və Hüseyn (ə) üçün gözdəymə duası hazırlamışdı». Həzrət «Nəhcül-bəlağə»də bir daha buyurur: «Gözdəymə, eləcə də onu aradan qaldırmaq üçün dua, həqiqətdir».
Amma İslamda gözdəymənin bir həqiqət kimi qəbul edilməsi kimsəyə əsas vermir ki, bu sahədə xürafat həddinə yetişsin. Bu sahədə dinin göstərişlərindən kənara çıxaraq, ifrata varmaq caiz deyil. Bəs, gözdəymə həqiqətdir amma hər kəsin gözündə belə xüsusiyyət yoxdur.

 

Bədnəzərdən qorunmaq üçün qeyd etdiyimiz ayə və duaları oxuyun:

Əl-Qələm surəsi ayə 51-52: Və in yəkadulləzinə kəfəru la yuzliqunəkə bi əbsarihim ləmma səmiuz zikrə və yəqulunə innəhu ləməcnun. Və ma huvə illa zikrun lil aləmin.

Ayətəl kürsi (Bəqərə surəsinin 255, 256 və 257-ci ayələri).

Fələq və Nas surəsi.

İxlas surəsini 6 cəhətə (sağ, sol, yuxarı, aşağı, qabaq və arxaya) oxumaq.

İmam Sadiq (ə) buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin:

«ماشاء الله لاقوة الا بالله العلی العظیم»

Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim.

Hər gün az miqdarda olsa da sədəqə verin və Allaha təvəkkül edin.\ehliwie-samux

 

Bənzər Olanlar