Paylaş
Facebook Twitter Google+

Qurani-Kərimi neçə saata oxuyub bitirmək mümkündür?

Ramal Əmiraslanov

2019-02-20 11:55:27 1266 Maraqlı

Qəzzadan olan Quran hafizi Vasim Nadal Qurani-Kərim kitabını fasiləsiz oxumaqla 11 saata xətm edib.

Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, o, Qurani-Kərim kitabını Fələstinin siyasi xadimlərinin və Quran xatiblərinin hüzurunda 11 saata oxuyub. Nadal bir müddət bundan əvvəl "Dar el-Quran" seminariyasını bitirib. O, Qurani-Kərim kitabını 11 saata oxumaqla rekorda imza atıb. Nadal, səhər 11-də Qurani-Kərimi
oxumağa başlayıb və axşam namazına bitirib.

Müşahidə qrupunda Fələstinin aparıcı HƏMAS təşkilatının siyasi bürosunun üzvü Ruhi Moştaxi də iştirak edib.

 

 

Bənzər Olanlar