Paylaş
Facebook Twitter Google+

Dostdan düşmənə şikayətin pisliyi haqda tarixi əhvalat

Ramal Əmiraslanov

2018-03-01 14:22:51 1972 Maraqlı

DOSTDAN DÜŞMƏNƏ ŞİKAYƏT ETMƏYƏ UTANDIM

 Dövrünün böyük ariflərindən olan Cüneyd Bağdadi ilə Əbu Bəkr Şibli eyni günlərdə xəstələnib yatağa düşürlər. Hər ikisi üçün həkim çağırılır. Allahı inkar edən biri (kafir) olaraq tanınan həkim əvvəlcə Cüneyd Bağdadini müayinə edir və soruşur: “Şikayətin nədir?” Cüneyd Bağdadi “Heç bir şey!” – deyə cavab verərək şikayətini demir. Daha sonra həkim Əbu Bəkr Şiblinin yanına gəlir və eyni sualı ona da verir.

 

Şibli xəstəliyindən uzun-uzadı şikayətlənir. Bir müddət sonra hər iki arif və sufi sağalır. Görüşdükləri vaxt Cüneyd Bağdadi Şibliyə deyir: "Öz şikayətlərini kafir həkimə niyə bu şəkildə açıqladın?" Şibli deyir: "Dost olana dünyada belə xəstəliklər verilir, axirətdə isə lütf və mərhəmət edilir; düşmənlərə nələr ediləcəyini bilsin istədim." Bəs yaxşı, sənin davranışının hikməti nədir? Cüneyd Bağdadi cavab verir: "Bir hikməti yoxdur, sadəcə olaraq dostdan düşmənə şikayət etməyə utandım.

SONRAKİ YAZI

Bənzər Olanlar