Paylaş
Facebook Twitter Google+

Hər kim bu surəni oxuyarsa, 70 min mələk onun üçün istiğfar edər.

Ramal Əmiraslanov

2018-04-09 13:54:34 6236 Maraqlı

“Duxan” surəsi müqəddəs Quranın 44-cu surəsidir, 59 ayəsi vardır və Məkkədə nazil olub.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Duxan” surəsini cümə gününün gecəsi və gündüzü oxuyarsa, Allah behiştdə onun üçün evlər tikər”.

Həzrət (s) başqa yerdə buyurur: “Hər kim “Duxan” surəsini gecə oxuyar, səhəri elə edər ki, 70 min mələk onun üçün istiğfar edər”.

İmam Baqir (ə) buyurur: “Hər kim “Duxan” surəsini vacib və nafilə namazlarında oxuyarsa, Allah onu o kəslərin zümrəsindən məbus edər ki, Qiyamət günü təhlükəsiz halda gəzərlər. Ərşinin kölgəsində qərar verər, hesabı ona asan edər və əməl dəftərini sağ əlinə verər”.

Bu surənin onuncu ayəsində “Duxani mubin” haqqında söz açıldığı üçün bu surə də “Duxan” adını almışdır./ixlas

 

 

Bənzər Olanlar