Paylaş
Facebook Twitter Google+

"Əsil insanlıq nədir" sualına İslam alimindən gözəl cavab

Ramal Əmiraslanov

2018-02-27 20:09:05 4438 Maraqlı

İnsan kimdir? Nə etməlidir? İnsanlığın həqiqi meyarı nədir? Bu kimi suallar daima insanları düşündürmüşdür, onları bu barədə axtarış aparmağa sövq etmişdir.
İslaminSesi.info – İnsan kimdir? Nə üçün yaranıb? Nə etməlidir? İnsanlığın həqiqi meyarı nədir? Bu kimi suallar daima insanları düşündürmüşdür, onları bu barədə axtarış aparmağa sövq etmişdir.

Bu kimi sualları özündə cəm edən ilkin sual olan “mən nə üçün yaranmışam?” sualına yaradan Allahın kitabında cavab axtaraq:

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ
Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Zariyat-56)

Allah Təala yaradılışın hikmət və səbəbin ibadət olduğunu buyurur. İbadət Allaha bəndəlik, qulluq, xidmət mənasındadır. Yəni ilahı göstərişlərə boyun əymək və Onun rizasını qazanmaq.

Qurani Kərimin bu ayəsi insanın nə üçün yaradılmasının cavabını verir. Biz nə etməliyik sualına isə böyük İslam alimlərindən biri belə cavab verir: Əsl insan olmalıyıq, insanlığı əldə etməliyik!

Bəs əsl insanlığ nədir?

_ “Əsl insanlığ (bu 4 xislətə yiyələnməkdir):

1=Yüksəliş vaxtı (maddi imkan, güc, vəzifə, elm) təvazökar olmaq (özünü böyük bilməmək),
2=Qüdrətli olduğun vaxtı bağışlamağı bacarmaq,
3=Ozü çətinlikdə olsa belə səxavətli olmağı bacarmaq,
4=Verdiyini minnətsiz vermək.” (Tahzibe_nafs )

Həqiqətən bütün insanlar Allaha bəndəçilik etsə, deyilən bu 4 insanlığ xislətini özündə cəm etmək üçün səy etsə, insanlar arasında heç bir ixtilaf və düşmənçilik olmaz.|Yaşar Nuriyev

Bənzər Olanlar