Paylaş
Facebook Twitter Google+

HƏZRƏT PEYĞƏMBƏR (S) MÜSƏLMANLARI ANCAQ DINI ELMLƏRƏ TƏRƏF TƏŞVIQ EDIRDIMI?

Ramal Əmiraslanov

2018-02-10 08:58:42 3032 Maraqlı

Dini təlimlərdən və hədislərdən belə nəticəyə gəlmək olur ki, elm öyrənmək hər bir müsəlman üçün vacib bir əməldir. Hədislərimiz həmişə alimi abiddən üstün hesab etmişdir.

Alimin abiddən üstünlüyü, on dörd günlük ayın başqa aylara nisbəti kimi bəyan edilmişdir.

Həzrət Peyğəmbər (s) buyurardı: “Mən öyrətmək üçün peyğəmbərliyə məbus olmuşam”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Alimin abiddən üstünlüyü – 70 mərtəbə və dərəcədir”.

Bəs, Həzrətin (s) təşviq etdiyi elm ancaq dini elmlər olmuşdur, yoxsa başqa elmlərə də şamil olur?

Ustad Mütəhhəri bu suala İmam Əlidən (ə) nəql edilən hədislə cavab vermişdir: “Hikmət möminin itirdiyidir, onu müşrikin yanında olsa belə axtarın! Çünki siz ona daha layiqsiniz və daha çox haqqınız çatır”. Bu ifadə onu göstərir ki, elmin mütləq dini olması vacib deyil. Çünki müşrik hara, dini elm hara?

Həmçinin hədislərdə oxuyuruq ki, elmi hətta Çində olsa belə, öyrənməyə çalışın. Çin bu anlamda ən uzaq ölkə kimi misal gətirilib. Çin nə indi və nə də keçmişdə heç bir zaman dini elmlərin mərkəzi olmamışdır.

Bu alimin də göstərdiyi faktlara əsaslanaraq deyə bilərik ki, Həzrət Peyğəmbər (s) insan varlığına xeyir verəcək bütün elmləri öyrənməyə təşviq etmişdir. Çünki insanın dəyəri malik olduğu elmlə ölçülər.

Ona görə də Həzrət Peyğəmbər buyurub: “Ən dəyərli insanlar – onların ən alimidir, ən az dəyəri olan insanlar – onların nadan olanıdır”.

Ona görə də müsəlman onu kamala çatdıra biləcək hər bir elmdən faydalanmalı və onu öyrənməlidir./deyerler.

 

Bənzər Olanlar