Paylaş
Facebook Twitter Google+

İntihar edən insanın Allah yanında günahı nə qədər ağırdır?

Ramal Əmiraslanov

2018-08-19 11:25:13 1266 Üsuliddin Məad

İmam Baqir (ə) buyurur: “Mömin mümkündür ki, hər bəlaya düçar olsun və hər növ ölümlə ölsün, ancaq intihar etməz”.

 

İmam Sadiq (ə) buyurur: “O kəs ki, bilərəkdən intihar edər, o, həmişə cəhənnəm atəşində olacaqdır”.

 

Əbu Səyid Xədəri nəql edir: “Müharibələrin birində Peyğəmbərin (s) kənarında idim və iş bölgüsü edirdik. Dostlarımızın arasında bir nəfər var idi ki, üç nəfərin işini yerinə yetirirdi. Yəni, həm odun toplayırdı, həm su gətirirdi, həm də yemək bişirirdi. Bu insanın fədakarlığı haqqında Peyğəmbərə (s) xəbər verirlər. Həzrət (s) buyurur ki, əslində həmin şəxs – cəhənnəm əhlindəndir. Çox təəccüb etdik.

 

Amma o zaman ki, müharibə başladı, həmin şəxs yaralandı. Yarasının şiddətli ağrısına görə bir nizə götürdü və özünü öldürdü. Peyğəmbərimiz (s) buyurdu: “Şəhadət verirəm ki, mən Allahın rəsulu və Onun bəndəsiyəm””.

 

Həzrətdən (s) gələn başqa hədisdə oxuyuruq: “Hər kim özünü boğar, Allah onu Qiyamət günü cəhənnəm atəşinə atacaqdır”.  Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim hansı vasitə ilə olursa-olsun intihar edərsə, Qiyamət günü ona həmin vasitə ilə əzab verəcəklər”. (İslami saytlara istinadən)

 

Quranda ayə vardır ki, intihar edənlərin cəzasına işarə edir. Bu ayədə buyurulur: “İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır. Onu (başqasının malını yeməyi və birini öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq və (özünə və ya başqalarına) zülm üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq və odun istiliyini ona daddıracağıq. Bu, Allaha asandır”. (“Nisa” 29-30). /Deyerler.

Bənzər Olanlar