Paylaş
Facebook Twitter Google+

Ölümün ağrısız olması üçün nə etməli? İmam Cavadın (ə) hədisi

Ramal Əmiraslanov

2019-03-23 08:58:42 934 Üsuliddin Məad

Ravəndi öz kitabında İmam Cavaddan (ə) nəql edir ki, buyurub: “İmam Rzanın (ə) səhabələrindən biri xəstələnir və xəstə yatağına düşür. Bir gün Həzrət (ə) onu ziyarət edir və ona buyurur: “Halın necədir?”.

Deyir: “Ölümü çox qorxulu və ağrılı görürəm”.

 

İmam (ə) buyurur: “Bu narahatlıq ki, hiss edirsən, ölümün ən kiçik əlamətlərindəndir ki, indiyə qədər sənə hakim olmuşdur. Əgər ölümün bütün halı sənə hakim olsa, nə edəcəksən?”.

 

İmam (ə) davam edərək buyurur: “İnsanlar iki dəstədirlər. Bir dəstə üçün ölüm – rahatlıq və aramlıq mənbəyidir.

Bir dəstə üçün isə ölüm o qədər ağırdır ki, ondan sonra rahatlıq hiss edərlər. Əgər ölümün sənin üçün ləzzətli olmasını istəyirsənsə, Allah Təalaya, Peyğəmbərin (s) risalətinə və biz Məsum İmamların (ə) vilayətinə qarşı iman və etiqadını təzələ və şəhadətlərini dilində və qəlbində de”".

 

İmam Cavad (ə) buyurur: “Nə zaman həmin şəxs atamın buyurduqlarını etdi, dedi: “Ey Allah Rəsulunun oğlu! Allahın rəhmət mələkləri hədiyyə və salamla daxil oldular və sizə salam verirlər”.

 

İmam (ə) buyurur: “Necə də yaxşıdır ki, İlahi rəhmət mələklərini müşahidə edə bilirsən. Onlara sual ver: “Nə üçün gəliblər?””.

Xəstə deyir: “Bütün mələklər Allah Təalanın izni ilə sizin yanınızda hazır olublar və icazəsiz hərəkət etmirlər”.

 

Ondan sonra rahat şəkildə gözlərini yumdu və dedi: “Əssəlamu əleykə, ya ibni Rəsulallah!”.

Peyğəmbərin (s) və qalan İmamların (ə) gəldiyini söylədi. Ondan sonra can verdi””. /Deyerler.

Bənzər Olanlar