Paylaş
Facebook Twitter Google+

Qəbir aləmində qohumlar bir-birləri ilə görüşə biləcəklərmi?

Ramal Əmiraslanov

2019-11-22 09:30:01 6808 Üsuliddin Məad

Axirət və bərzəx aləmində baş verəcək hadisələrin çoxu bizim üçün məchuldur. Bərzəx aləmi elə bir aləmdir ki, dünya və axirət arasında qərar tutur. Bərzəx aləmində maddə yoxdur. Ancaq madddənin bəzi şəkilləri, o cümlədən kəmiyyət və məkan mövcuddur. Orada maddi olmayan simalar vardır ki, dünyada olan simalardan daha güclüdürlər. Ona görə də bərzəx bədəni nə maddidir və nə də qeyri-maddidir. Elə bir bədəndir ki, dünyada olan qəlibdə yerləşmir, ancaq ölçüsü və şəkli vardır.

Hədislərimizin nəzərinə görə bu misali bədən dünya bədəninə çox bənzəyir. İmam Sadiq (ə) buyurur: “Möminlərin ruhları dünyadakı bədənlərinə bənzər bədənlərdədirlər”. (İslami saytlara istinadən)

İnsan ruhu bərzəx aləminə daxil olandan sonra fikir və əqidəsinə əsasən, xüsusi şəraitdə qərar tutur.
Hədislərimiz nəql edir ki, möminlərin ruhları bərzəx aləmində görüşəcəklər. Bir-biri ilə söhbətlər edəcəklər. O zaman ki, bir mömin dünyasını dəyişəcəkdir, başqa möminlər onun yanına gələcək və halını soruşacaqlar. Əgər aralarında yaxınları vardırsa, dünyada qalanların halından sorğu-sual edəcəkdir.

İmam Sadiq (ə) buyurur: “Ruhlar cəsədlərə bənzəyirlər. Behiştdə behişt meyvələrindən istifadə edərlər. Bir-birini tanıyarlar. Bir-birini sorğu-sual edərlər. O zaman ki, dünyada bir nəfər ölər, ruhu bərzəx aləminə gələr və başqa ruhlar onunla görüşməyə gedərlər”.--Deyerler.

Bənzər Olanlar