Paylaş
Facebook Twitter Google+

Öləndən sonra dirilmə bədənlə olacaq, yoxsa yalnız ruhla?

Ramal Əmiraslanov

2019-03-11 07:38:59 2171 Üsuliddin Məad

Məadın cismi və ya ruhi olması barəsində üç nəzər vardır ki, onlarla tanış olaq:

 

1. Məad ancaq cismidir. Qədim zamanlarda yaşayan bəzi fəqih və din alimləri bu əqidədə idilər ki, məad ancaq cismi olur. Onların nəzərinə görə ruhun özü də cisimdən ibarətdir. O, cismə malik olub, su kimi insanın qanında hərəkət etməkdədir.

Bədən ölən zaman, o da məhv olar. Ruh adlı bir şey qalmaz. Ona görə də onların nəzərinə görə insan ölən kimi hər şeyi sona çatar və məadı cismi olar.

2. Məad ancaq ruhidir. Qədim filosoflar bilirdilər ki, insanın ruhu mücərriddir və maddədən uzaqdır. O, heç bir zaman məhv olmur və aradan getmir. Ancaq bədən ölən zaman onunla əlaqəsini kəsir. Cisimdən bir şey qalmır, ona görə də Qiyamət günü məad ancaq ruhi olacaqdır.

 

3. Məad həm ruhidir və həm də cismidir. Böyük filosoflar, fəqih və din alimləri, o cümlədən: Ğəzali, Kəəbi, Rağib İsfahani, Şeyx Mufid, Seyyid Murtəza, Şeyx Tusi, Əllamə Hilli və bir çox başqaları məadın həm cismi və həm də ruhi olduğunu vurğulayırdılar. Onların nəzərinə görə, ruh mücərrəddir və maddədən ibarət deyildir. Və bədənin ölümdən sonra məhv olmasına baxmayaraq, Qiyamət günü insanın ruhu bədəninə geri qayıdacaqdır. (Həvzəh)

 

“Onlar (müşrik insanlar da) siz (cinlər) güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir kəsi (bəşər üçün peyğəmbərliyə) seçməyəcək, (yaxud heç bir kəsi «məad» üçün) diriltməyəcəkdir”. (“Cinn” 7). Təbii ki, yeganə düzgün nəzər – məhz budur. Məlumat üçün qeyd edək ki, bu nəzəriyyəni o cümlədən, xristianların əksər hissəsi də qəbul edir. /Deyerler.

Bənzər Olanlar