Paylaş
Facebook Twitter Google+

Ölüyə Quranın \'\'Yasin\'\' surəsini oxumaq olarmı? Şübhəyə cavab

Ramal Əmiraslanov

2018-04-09 13:51:43 988 Üsuliddin Məad

Biz bu suala yenə məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab verəcəyik.
Məhəmməd Həqqi həzrətləri ''Sirlər Xəzinəsi'' kitabında (''Hazinətül-Esrar'' tərcüməsi Türk dilində səh.578)
____________________
Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis)
____________________
Peyğəmbər(s) buyurub:
''Yasin'' surəsi
Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar.
O halda bu surəni ölüləriniz üzərində də oxuyun.''
''İslami həqiqətlər'' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində)
____________________
Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: ''Gecə sırf Allah rizası üçün ''Yasin'' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun."
___________________
Bunlardan əlavə Əbu Bəkirdən və ibni Abbasdan rəvayət edilmişdir ki, (''Ruhil-bəyan'' təfsiri ''Dörd səhih hədis'' kitabı Əbu Hüreyradan, 1044-1066-cı hədis)
Peyğəmbəri Əkrəm buyurub: ''Qəbristanlığa girib ''Yasin'' surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər həfiflənmiş olarlar. Oxuyana da oradakı ölülər sayısınca savab verilər.''
____________________
Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə ''Yasin'' surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır.
____________________
Hörmətli oxucu!
Əlinizdə olan bu kitabça əsasən özlərini ''əhli sünnə vəl-cəmaət'' ya ''müslim'' və ya ''sələf'' adlandıran vəhhabilərin Peyğəmbərimiz və onun pak Əhli-beytinin yoluyla gedən İslamın Cəfəri məzhəbindən olan şiə müsəlmanlara etdikləri yersiz iradlara cavablardan ibarətdir.
____________________
Gördüyünüz kimi vəhhabilərin iradlarına cavab vermək üçün İlahiyyatçı və ya Ruhani olmaq lazım deyil, adi və sadə müsəlmanlar da onların səhv fikir və yolda olduqlarını sübuta yetirə bilər, çünki, həqiqət Gün kimi aydındır.

Bənzər Olanlar