Paylaş
Facebook Twitter Google+

İnsanın bu 2 qanadı onu cəhənnəmdən xilas edər!

Ramal Əmiraslanov

2019-03-11 06:58:19 1076 Üsuliddin Məad

Allah insanı xəlq edən zaman mələklərə əmr edir ki, onun qarşısında səcdə etsinlər və bu kamil insanı yer üzünün xəlifəsi seçir. Allah – Ərhəmər-Rahimindir. İnsan isə çox zəif bir varlıqdır. Ona görə də insanın əbədi səadətə çatması üçün ona iki hüccət və yol göstərən vermişdir. Biri – daxili hüccət olan ağıldır. Biri isə zahiri hüccət olan peyğəmbər (ə) və vəsilər. Hər kimin bu iki qanadı olar, behiştə tərəf uça bilər.

Allah Təala Quranda buyurur: “Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (“Zəlzələ” 7-8). Allah Təala səbəb olmadan heç kəsi cəzalandırmır.

Behişt, cəhənnəm, savab, cəza – bunlar hamısı bizim əməllərimizin nəticəsidir. Bu, bizim əməllərdir ki, axirətdə behiştə və cəhənnəmə çevrilər. Allah Təbarəkə və Təala – bağışlayan və mehribandır, ola bilsin ki, insanın günahlarını bağışlasın. Ancaq bu zəif varlıq Allah qarşısında zəif olduğunu etiraf etmək əvəzinə, bəzən tanrılıq fikrinə düşür. “Dedi: «Mən sizin ən uca rəbbinizəm».(Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi)”. (“Naziat” 24).

Əgər övladımız bizə qarşı ədəbsizlik etsə susmalıyıq, yoxsa onu tərbiyə etməliyik? Əgər günahkar insan azad olarsa və günahına görə cəza almazsa, bəşərin həyatı cəhənnəmə çevrilər. Bu səbəbdən hər bir günah əhlinin cəza alması - ədalətli şərtdir.

Allah insanı kamala tərəf hərəkət etməsi üçün xəlq etmişdir. Allah insanı behişt üçün xəlq etmişdir, cəhənnəm üçün deyil.

Əgər bəşər özü bədbəxtliyə tərəf gedirsə, ilk olaraq xilqətinin hədəfinin əksinə əməl etmiş olar. İkincisi isə cəza almalıdır. Ancaq bu yolla tərbiyə oluna bilər.

Allahın həm qəzəbi vardır, həm də rəhməti. Əlbəttə, bu mövzuya da diqqət etməliyik ki, insan – azad bir varlıqdır. Bu dünyada heç kəs onun azadlığını əlindən almamalıdır. Azad insan da istədiyi yolu seçər. Ya Allah buyuran yolla gedər, ya da şeytanın (lən) dediyi yolla.

Bu səbəbdən deyə bilərik ki, insan özü bu dünyada olan zaman axirətinin behiştini və cəhənnəmini yaradır. Hansı yolla getməsi – öz seçimindən və əməllərindən asılıdır./Deyerler.

Bənzər Olanlar