Paylaş
Facebook Twitter Google+

Həzrət Məhdi (ə.f), zühur zamanı neçə yaşında görünəcəkdir?

Ramal Əmiraslanov

2018-01-30 12:04:16 1393 Məhdəviyyət

Yer üzü hüccətdən boş olmaz. İmam Zaman ağa (ə.f) buyurur: “Yer, heç bir zaman hüccətdən boş olmayacaqdır – istər o hüccət zahir olsun, istərsə də gizli”.
Əba Sələt İmam Rzadan (ə) nəql edir ki, buyurub: “Bizim Qaimin (ə.f) nişanəsi budur ki, qoca kişi yaşında olan bir cavandır. Belə ki, hər kim o Həzrəti (ə.f) görər, onu 40 yaşında və daha az hesab edər”.Mövla (ə.f), yollarda addım atar və insanlara salam verər. Əmirəl-möminin (ə) buyurur: “Əlinin (ə) Pərvərdigarına and olsun ki, Allahın hüccəti (ə) insanların arasındadır. Yollarında (küçələrində) addım atar, onlara salam verər, ancaq müəyyən vaxta və İlahi vədəyə qədər tanınmaz”.

Əməlin qəbul olmaq şərti nədir? Həzrət Peyğəmbər (s) buyurur: “And olsun o Kəsə ki, məni peyğəmbərliyə məbus etmişdir! Əgər hər kim 70 peyğəmbərin əməli ilə İlahi dərgaha daxil olarsa, ancaq özü ilə biz Əhli-Beytin (ə) vilayətini gətirməzsə, Allah onun heç bir vacib və müstəhəb əməlini qəbul etməyəcəkdir”.|Deyerler.

Bənzər Olanlar