Paylaş
Facebook Twitter Google+

Əhli-Sünnə alimlərinin zühuru inkar edənlər haqda düşüncələri....

Ramal Əmiraslanov

2017-12-16 08:34:22 3711 Məhdəviyyət

Bəzi əhli-sünnə alimləri həzrət Mehdinin (ə.f) zühuruna imanı vacib saymışlar. Bəziləri hətta bu həqiqəti inkar edənləri kafir hesab etmişlər.[1]
Əhməd ibn Məhəmməd ibn Siddiq deyir: “Həzrət Mehdinin (ə.f) zühuruna iman vacibdir. Zühurun baş verəcəyi Peyğəmbər (s) tərəfindən də təsdiq olunduğu üçün qətidir...”

Bənzər fikir və ifadə Hənbəl, Nasiruddin Əlbani, Əbdül-Möhsin ibn Məhəmməd Əl-İbad tərəfindən də işlədilmişdir. [2]

Şafei fəqihi İbn Həcər deyir: “Mehdinin (ə.f) inkarı köklü şəkildə sünnənin inkarına apararsa, küfrə səbəb olar. Kim belə etsə, mürtəddir. Əgər inkar sünnə yox, İmamlarla düşmənçilikdəndirsə, həmin şəxs cəzalandırılmaqla bu işdən çəkindirilməlidir...”[3]

Əhməd ibn Məhəmməd ibn Siddiq Ğəmari Əzhəri Məhdəviyyət barədə nəql olunan hədislər haqqında deyir: “Bu hədislər mütəvatirdir (yetərli həddədir), onları inkar edənlər bidətçi və azğın sayılır.”[4]


[1] Əsrin İmamı Mehdi (ə.f) ilə tanışlıq, səh/70
[2] Əl-izaət, səh/164, Ət-təməddunul İslami,2-ci say, səh/643, Cəmaətül-İslamiyyə, 3-cü say
[3] Əl-bürhan, səh/178
[4] Əl-Məhdiyyul-Müntəzər, səh/5

Bənzər Olanlar