Paylaş
Facebook Twitter Google+

İmam Zamanın (ə.c) əsgərlərinin 313 nəfərdən 50 nəfəri qadınlardır!

Ramal Əmiraslanov

2018-03-13 15:08:40 5050 Məhdəviyyət

 İmam Mehdinin  (ə.f) zühurdan sonra on minədək səhabəsi olacaq.

 

Bir çox hədislərə əsasən, İmam Mehdinin (ə.f) Bədrdə döyüşən səhabələrin sayı qədər, yəni 313 nəfər səhabəsi olacaq.[1]  Bəzi hədislərdə də bildirilir ki, İmam Mehdinin  (ə.f) zühurdan sonra on minədək səhabəsi olacaq.

İmam Baqir (ə) buyurmuşdur: “İmam Mehdinin (ə.f) ətrafında on min nəfər toplandıqdan sonra yer üzündə Allahdan başqa məbud qalmaz…”[2]

 

Şeyx Tusi nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “Rükn və məqam arasında Bədr əhli sayda insan həzrətə beyət edəcək. Onların arasında Misir, Şam və İraqdan gələnlər var…”[3]

İbn Tavus öz kitabında bir çox səhabələrin və onların şəhərlərinin adını qeyd etmişdir.

Nömani nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz neçə nəfərin arasında əlli nəfər qadın var”.[4]Müfəzzəl ibn Ömər İmam Sadiqə (ə) istinadən bildirib ki, Qaimin (ə) səhabələri arasında on üç nəfər qadın da var.[5]

 

Bəzi hədislərdə bildirilir ki, həzrətin əlli qadın səhabəsi həmin 313 nəfərdəndir. Cabir ibn Yezid Cövfi nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz ondan çox şəxs gələr və onların əlli nəfəri qadındır. Onlar Məkkədə bir yerə toplanar…”[6]

 

www.ahliman.info

[1] Yәnabiul-Mәvəddəd, səh.509; Elamul-vəri, səh.433

[2] Həmin mənbə

[3] Tusi, Əl-ğeybət, səh.284

[4] Nömani, Əl-ğeybət, səh.279

[5] Dəlailul-imamət, səh.259; İsbatul-hudat, c.3, səh.75

[6] Məcməul-zəvaid, c.7, səh.315

 

Bənzər Olanlar